Azərbaycan tam və qəti qələbəyə yaxındır MÜSAHİBƏ

Teyyub Qənioğlu: “Azərbaycan artıq Ermənistanın bel sütununu qırıb”
Azərbaycan tam və qəti qələbəyə yaxındır MÜSAHİBƏ

Müsahibimiz Təkamül partiyasının sədri Teyyub Qənioğludur

- Teyyub bəy, Dağlıq Qarabağda Ordumuz düşməni məhv edir, ərazilərimiz işğaldan azad edir. Ermənilər isə hələdə xarici havadar axtarışındadırlar. Paşinyana kənar yardım ola bilərmi?

- Bu günkü mövzumuz 7-dən 77-yə hər kəsi maraqlandıran bir mövzudur. Səbirsizliklə gözlədiyimiz gün nəhayət ki, gəlib çatıb. Yəni Azərbaycan xalqı 30 il idi ki, bu günü gözləyirdi. Demək olar ki, bu gün dünyada heç kəs müharibə istəmir, amma Azərbaycan xalqı yeganə xalqdır ki, müharibə istəyir. Millətimiz Ali Baş Komandanın əmrini həmişə səbirsizliklə gözləyib. İki məqamı qeyd etmək istəyirəm, Birincisi, Azərbaycan xalqı bütövlükdə bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşib. İkincisi isə, hər zaman müxalifət partiyaları qeyd edirdi ki, ümummilli məsələlərdə iqtidar müxalifət münasibəti yoxdur, yəni ümummilli məsələlərdə biz həmişə iqtidarın arxasındayıq. 50 siyasi partiyanın yekdil olaraq Ali Baş Komandanı dəstəkləməsi və onun arxasında durduğunu bəyan etməsi son 30 ildə görünməmiş bir hadisədir. Təbii ki, bu baxımdan bütün siyasi partiyalara təşəkkür düşür və sonrakı proseslərdə göstərir ki, müxalifətdə olan siyasi partiyalar dedikləri sözün arxasındadırlar. Tam qəti qələbə çalana qədər Ali Baş Komandanın arxasındadırlar. Ötən əsrin sonlarında ermənilər əliyalın insanlara, qadınlara, uşaqlara qarşı mübarizədə “qəhraman” idilər. 1990-cı illərdə Azərbaycan tam tək silah olunmuşdu, bizim ordumuz yox idi, ov silahlarına qədərə hər şey yığılmışdı, amma ermənilər xarici himayədarlarının köməyi ilə silahlanmışdılar və onlar əliyalın azərbaycanlılara qarşı mübarizə aparanda “qəhraman idilər”. Gəncə hadisələri bunu bir daha göstərdi, təsdiq etdi ki, bunlar əliyalın insanlara qarşı “qəhramandılar”.

- Ermənistan ordusu daxilində fərarilikdə geniş xarakter alıb.

- Bəli, erməni əsgərləri cəbhədə qaçırlar, orduda xidmət etmək istəmirlər fərarilik edirlər. Başa düşürlər ki, Azərbaycan ordusu onları məhv edəcək. Azərbaycan əsgəri yaralanır, qospitala düşür və arzulayır ki, tez sağalım və yenə cəbhəyə gedim. Erməni əsgərlərini isə bir-birlərinin ayağına zəncirləyirlər ki, qaçmasınlar. Son məlumata görə erməni qoşunlarının arxasında cəza dəstələri gəlir, Qaçmaq istəyənləri güllələyirlər. Azərbaycanın şanlı, qəhraman ordusu var, əsgərlər arasında çox böyük ruh yüksəkliyi var. Son proseslər göstərir ki, Azərbaycan artıq Ermənistanın bel sütununu qırıb. Azərbaycan müdafiə nazirliyi Ali Baş Komandanın rəhbərliyi altında çox gözəl taktika yeridir. Yəni bizim əsas məqsədimiz düşmənin canlı qüvvəsini, texnikasını məhv edəndən və onları qaçmağa məcbur edəndən sonra ərazilərə daxil olmaq, orada möhkəmlənmək və sonradan hücuma keçmək, çox gözəl taktikadır. Bu həm şimal-qərb, həm də cənub istiqamətində özünü göstərir. Yenə də biz xoş xəbər aldıq ki, 6 yeni kənimiz işğaldan azad olunub. Biz cənubda artıq İran-Azərbaycan sərhədinə çıxmışıq, Laçın koridoruna az qalıb. İnşallah bu həftənin axırınacan Laçın koridoruna da keçəcəyik, bütövlükdə erməni ordusunu mühasirəyə alacağıq.

- Müqavimətin göstərilməsi nədən irəli gəlir?

-Ermənilər həmişə öyrəniblər ki, xarici havadarlarının köməyi ilə Azərbaycanın ərazilərini işğal etsinlər. İndi baxın Paşinyan nə qədər yalvarır. Ali Baş Komandan yaxşı qeyd etdi, “gündə yalvarırsan, başqasının ayağını yalayırsan, amma mən heç kəsə zən etməmişəm mənə zəng edirlər”. Yəni bu böyük şeydir, yəni bizim heç kəsə ehtiyacımız yoxdur. Azərbaycanın güclü ordusu var, Ali Baş Komandanın ətrafında birləşmiş xalqı var, kifayət qədər güclü iqtisadiyyatı var və kifayət qədər də güclü təlim görmüş ordusu var. Dünya ölkələrinin hərbi ekspertlərin rəylərinə baxanda olar hamısı yekdillə qeyd edirlər ki, Azərbaycan 21-ci əsrin müharibəsini aparır və buna həsrət aparırlar, hətta ABŞ-ın ordu generalı qeyd edir ki, biz öyrənməliyik bu təcrübəni. Bir sözlə, belə bir Azərbaycan ordusunun qarşısında Ermənistan dayana bilməyəcək. Amma dirənirlər, nəyə görə dirənilər, ermənilər ümidlidirlər ki, xarici himayədarların köməyi ilə atəşkəsə nail olacaqlar, yenə vaxt qazanacaqlar, yenə illərlə danışıq prosesi gedəcək və əraziləri möhkəmlənəcək. Amma son proseslər göstərir ki, artıq bu istiqamətdə də onların ümidləri kəsilməkdədir. Paşinyan çox gözəl başa düşür ki, məğlubiyyət onun fiziki sonluğuna gətirib çıxara bilər. İnşallah çox qısa bir zamanda rəşadətli ordumuzun köməkliyi ilə xalqın dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi altında biz qələbəmizə nail olacağıq. Qələbə yalnız hərb meydanında çalınmır. Həm siyasi, iqtisadi, informasiya, diplomatiya meydanında çalınır. Hərbi meydanda qələbəmiz var. bütün dünya bunu görür. Diplomatiyada qələbəmiz var. Paşinyan deyir ki, qondarma Dağlıq Qarabağ danışıqların tərəfi olmalıdır. Bütün dünyaya sübut etdik ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Biz öz torpaqlarımızda müharibə aparırıq. Ermənistan çöküb və son məlumatlara görə, erməni ordusunun 80 faizinə qədər bütün silah-sursatı məhv olub. Yəni Ermənistan tükənib və iqtisadiyyatı tamamilə çöküb. Prezidentimiz yaxşı qeyd etdi, status-kvo yoxdur, təmas xətti yoxdur. Belə olan halda, biz qəti şəkildə inanırıq ki, Azərbaycan tam və qəti qələbəyə yaxındır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə