YAP Yevlax rayon təşkilatının fəalları təmizlik işləri aparırlar
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının fəalları gənclər arasında vətənpərvərlik ruhunu aşılayır, Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini daim əziz tutur. SİA-nın verdiyi məlumata görə, təşkilatın fəalları Yevlax rayon ərazisində şəhidlərin xatirəsinə ucaldılmış şəhid abidələrinin ətrafında təmizlik işlərinin aparılması və təmirə ehtiyacı olan abidələrin təmir edilməsi təşəbbüsünü irəli sürüblər. Bu məqsədlə də YAP Yevlax rayon təşkilatının fəallarıYevlax rayonun Malbinəsi kəndinin ərazisində şəhidlər üçün ucaldılmış şəhidlər abidəsinin ərazisində təmizlik işləri aparılıb. Eyni zamanda, abidənin təmirə ehtiyacı olan hissələrində gələcəkdə təmir işlərinin aparılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB