ARDNŞ-nin Sosial İnkişaf İdarəsi Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin Təlim-Tədris Mərkəzində (TTM) təhsil alan tələbələr üçün Bakı Avrasiya Universiteti ilə birgə "Narkomaniyaya yox deyək!" mövzusunda seminar keçirilib.
SİA-nın məlumatına görətədbirin təşkilində məqsəd müasir dövrün aktual mövzularından olan narkomaniya ilə bağlı gənclər arasında profilaktik və maarifləndirmə işinin aparılmasıdır. Təlim, Tədris və Sertifikatlaşdırma Departamenti direktorunun birinci müavini Dünyamalı Pənahov və TTM-in direktoru Rafiq Əhmədov seminarda çıxış edərək narkomaniya və onunla bağlı cinayətkarlığın cəmiyyətin inkişafına mənfi təsirlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası tərəfindən bu istiqamətdə aparılan işlərdən ətraflı bəhs ediblər.
Bildirilib ki, hazırda Azərbaycanda narkomaniya ilə mübarizə üzrə Ümummilli Proqram və "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Qanunun müddəalarına uyğun kompleks tədbirlər həyata keçirilməkdədir. Respublika Narkoloji Dispanserinin həkimi Vüqar Səmədov çıxışında narkotiklərin insan orqanizminə zərərindən söz açaraq, öz təcrübəsində üzləşdiyi müvafiq faktlar əsasında gəncləri bu vərdişlərdən çəkinməyə çağırmış, sağlam həyat tərzinə dəvət edib.
Tədbirin sonunda Bakı Avrasiya Universitetinin Tələbə Elmi Cəmiyyətinin layihəsi əsasında çəkilmiş "Ağ yuxu" qısametrajlı filmi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB