Balaca Məryəm gözlərində olan sevinclə ordumuza belə dəstək oldu
Bu gün ordu ilə xalq arasında çox sıx və səmimi münasibətlər mövcuddur. Xalqımız ordumuza böyük etimad göstərir və onu hər bir məsələdə yaxından dəstəkləyir. Bu birlik bir çox çətinliklərin öhdəsindən gəlmək və torpaqlarımızın işğaldan azad edilməsi üçün əsas göstəricidir. Bu birlik düşmənin qaçılmaz fəlakətli sonluğunu gündən günə yaxınlaşdırır. Təbii ki, Ordumuza dəstək olanlar arasında balaca fidanlarımız da var.
Balaca fidanımız dörd yaşlı Cavadova Məryəm Fərid qızı gözlərində sevinc, balaca ürəyində böyük həyəcanla əsgərlərimizə dəstəyini belə göstərib: “Mən ermənilərin azərbaycanlı uşaqları necə öldürməsi haqqında çox oxumuşam. Televizorda Xocalı soyqırımını görəndə istədim ki, siz onları buradan qovasız, məhv edəsiz. Əgər oradakı əsgərlər onları məhv etməsəz, düşmənlər gəlib məni də, dostlarımı da öldürərlər axı... Bilirəm ki, sən məni görməsən də, çox istəyirsən. Çünki bəlkə, sənin də mənim kimi balaca bacın, qardaşın var. Ona görə də bilirəm ki, qoymazsan ki, onlar gəlib bizi öldürsünlər...Biz daim xoşbəxt olmaq istəyirik. Allah bütün əsgərlərimizi qorusun. Biz balacalar İlham babamızı çox sevirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB