ABŞ-ın prezidenti Donald Trampın kiçik oğlu Berronun simptomsuz şəkildə COVİD-19-a yoluxması faktı qeydə alınıb. SİA xəbər verir ki, bu haqda İnterfax agentliyi yazır. Məlumatı Trapmın həyat yoldaşı Meloni Tramp xəbər verib.
"Xoşbəxtlikdən o güclü yeniyetmədir, onda simptomplar müəyyən olunmayıb", deyə Meloni Tramp Ağ evin rəsmi saytında bildirib.
Qeyd olunur ki, Donald Trampın kiiçik oğlunda virusun aşkarlanması məhz ata və anasının yoluxmalarından sonra bəlli olub.
Ölkəsinin birinci ledisi bildirib ki, o, bütün ailənin bu prosesdən birlikdə keçdiklərinə görə sevinir: "Hansısa dərəcədə mən sevinirəm ki, bimiz hamımız eyni vaxtda bundan keçə bildik. Çünki bir-birimizin qayğısına qalmağa və bir yerdə vaxtımızı keçirməyə zaman tapa bildik".
Prezidentin xanımı əlavə edib ki, bir müddət sonra Berronun daha bir yoxlama testini veriblər və həmin test neqativ çıxıb. Eyni zamanda, özünün də verdiyi testinin neqativ çıxdığına görə sevindiyini bildirən prezidentin xanımı qısa zamanda öz fəaliyyətinin başına keçəcəyini də qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB