“Tanımadığım azərbaycanlılar instaqramda mənim köhnə pitsamı bəyəndiyi halda, yad ermənilər nifrət dolu rəylər göndərirlər. İnternet təəccübləndirir”.
SİA xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke tvitterdəki hesabında yazıb.
Xatırladaq ki, Yulian Röpke eyni zamanda konfliktoloqdur və bir çox münaqişələr üzrə ekspertlik fəaliyyəti ilə məşğuldur. Belə ki, öz yazılarında erməni silahlılarının Gəncəyə - dinc və mülki vətəndaşlarımıza qarşı etdikləri raket hücumunu pisləyən Yulian Silahlı Qüvvələrimizin cəbhədəki uğurlarından da bəhs edib. O, işğalçı Ermənistan ordusunun Azərbaycan PUA-ları qarşısında acizliyindən yazıb, həmçinin Ermənistan Müdafiə Nazirliyinin yalanlarını da ifşa edərək, dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Bizdən isə doğru və həqiqətləri ictimailəşdirdiyinə görə “Təşəkkürlər Yulian” demək qalır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB