Azərbaycanın potensialı regiondakı digər dövlətlərdən qat-qat üstündür - MÖVQE ÖZƏL
"Bu gün Azərbaycanın apardığı haqq savaşı, cənab prezident İlham Əliyevin də dediyi kimi "Qarabağ Azərbaycandır!" nidası mütləq qalibiyyətlə yekunlaşacaq. 27 ildir ki, Ermənistan bu torpaqları işğal altında saxlayır. Bu gün məlum olur ki, bu illər ərzində ermənilər orada çox böyük istehkamlar qurulub. Lakin bütün bunlara baxmayaraq Azərbaycan ordusu birmənalı şəkildə onları darmadağın etdi". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.
Ekspertin sözlərinə görə, dünyanın bizim haqq savaşımıza münasibətinə və Ermənistanın təxribatçı hərəkətlərinin qarşılığında susmalarına gəldikdə isə bunu təbii qarşılamaq lazımdır: "Çünki bu düşüncələrlə hərəkət etmək bizi xəyal qırıqlığına uğrada bilər. Bu gün qəti şəkildə ruhdan düşmək olmaz. Çünki fiziki qüvvəni idarə edən ruhdur. ruha xələl gəlsə, fikiziki qüvvə də artıq idarə olunmaz. Bu məsələdə cənab Prezidenti nümunə götürmək lazımdır. Gördüyünüz kimi ölkə Başçımız təmkinli, sözübütöv və özünə arxayın şəkildə çıxış edir. Qarşı tərəfin rəhbərliyinin verdiyi müsahibələrə baxdıqda isə onun özünü necə qorxaq və çarəsiz olduğunu görürük. Bütün bunların fonunda biz qalibik. Hər şey bizim xeyrimizədir. Dünya həmişə bizə qarşı qərəzli olub. Əlbəttə hegemon dövlətlər bizim inkişafımızı istəmir. Təsəvvür edin ki, Qafqazda lider bir dövlət var, o lider dövlət müstəqildir və mən ona öz diqtəmi yeridə bilməyəcəm kimi fikirlər formalaşıb. Ona görə də, həmin dövlətlər istəmir ki, Azərbaycan güclənsin".
Ceyhun Musaoğlu vurğulayıb ki, lakin ortada bir Türkiyə nümunəsi var: "Bir zamanlar Türkiyəyə qarşı da çox böyük hücumlar olurdu, Türkiyəni də məhv etmək istəyirdilər. Lakin bu gün Türkiyə dünyanın hegemon dövlətlərindən biridir. Azərbaycanın da həmin mərhələyə çatmasına az qalıb. Ola bilər ki, Azərbaycan ərazi baxımında Türkiyə ilə müqayisə oluna bilməz, lakin ölkəmizin zəngin yeraltı-yerüstü sərvətləri, coğrafi mövqeyi isə çox əlverişlidir. Ona görə də Azərbaycanın potensialı regiondakı digər dövlətlərdən qat-qat üstündür. Bütün bunları nəzərə alaraq gedən prosesləri düzgün qiymətləndirməli, bir çox məsələlərdə ayıq-sayıq olmalıyıq. Azərbaycan xalqı olaraq bir yumruq kimi birləşib dövlətimizə əlimizdən gələn dəstəyi göstərməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB