Döyüşdəki qələbəmiz bizə diplomatik üstünlük verdi - Ceyhun Bayramov

Döyüşdəki qələbəmiz bizə diplomatik üstünlük verdi - Ceyhun Bayramov

"Dünənki bəyannamədə əsas məqsəd humanitar atəşkəsdir, həlak olmuş və əsir düşmüş hərbçilərin dəyişdirilməsidir". SİA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində bu gün keçirilən brifinqdə nazir Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu gün saat 12:00-dan atəşkəs təmin edilməli idi: "Lakin Ermənistan ordusu buna əməl etmədi. Humanitar Atəşkəs rejimi zamanı Beynəlxaq Qırmızı Xaç Komitəsinin fəaliyyəti hələ ki, başlamayıb. Çünki Ermənistan qoşunları atəşkəsi pozmağa davam edir. Döyüş bölgəsindəki qələbəmiz bizə diplomatik üstünlük verdi. "Dağlıq Qarabağ Ermənistandır" və ya bu kimi ifadələr deməklə Ermənistan tələb olunan prinsiplərə əməl etməməyə davam edir. Hər hansı 3-cü tərəf danışıqlara goşula bilməz".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə