Vladimir Solovyov axmaq duruma düşdü - VİDEO

Vladimir Solovyov axmaq duruma düşdü - VİDEO

O, kompüter oyununun kadrlarını Qarabağdakı döyüşlər kimi təqdim etdi

Rusiyalı teleaparıcı və təbliğatçı Vladimir Solovyov "Tam təmas" verilişində rüsvay olub. SİA-nın məlumatına görə, aparıcı efir zamanı "Arma" kompüter oyununun kadrlarını Dağlıq Qarabağdakı müharibə ilə səhv salıb.

Verilişin gedişində V.Solovyov Dağlıq Qarabağda hərbi əməliyyatların əks olunduğu videoçarx nümayiş etdirib.

Amma "Twitter" sosial şəbəkəsində diqqətli izləyicilər bu videoçarxın orijinalını aşkar edib.

Məlum olub ki, bu video kompüter oyunlarının icmalını hazırlayan çinli bloger tərəfindən hazırlanıb. V.Solovyovun Dağlıq Qarabağdakı vəziyyət kimi təqdim etdiyi və "ulduz müharibələri" adlandırdığı kadrlar "Arma" oyununun icmalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə