"Rəsmi Bakı Türkiyənin yanında olduğunu bir daha göstərdi" ÖZƏL-MÜNASİBƏT
“Türkiyənin Azərbaycana dəstəyi fonunda ölkəmizin də Aralıq dənizi problemində Yunanıstana qarşı Türkiyənin yanında olması, iki qardaş ölkənin həmrəyliyidi”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Yunanıstan səfirini soyuq qəbul etməsi, Türkiyənin yanında olduqlarını deməsi, Afinaya səfirini geriçək mesajı idi: “Yunanıstan bir müddətdən sonra səfirini geri çağırdı. Səfirini geri çağır Azərbaycanın tələbi olmasını istisna etmirəm. Onsuzda Azərbaycan onu qəbul etmək istəmirdi. Rəsmi Bakı Yunanıstanda səfirini geri çağırmaqla Türkiyənin yanında olduğunu göstərdi.
Yunanıstan Türkiyə və Azərbaycana qarşı Ermənistana dəstək verir və belə bir ölkənin Bakıda səfirliyinin olması arzuolunan deyildi. Azərbaycan doğru bildiyi addımı atdı və Türkiyə ilə həmrəy olduğunu sübut etdi. Yunanıstan geosiyasi səhv edərək regionda aparıcı iki ölkə Türkiyə və Azərbaycana qarşı Ermənistana dəstək verməklə, gələcək perspektivdə öz siyasi-iqtisadi planlarını təhlükəyə atdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB