Düşmənin Bərdə və Tərtəri atəşə tutan “Qrad”ı məhv edilib VİDEO
Düşmənin Bərdə və Tərtəri atəşə tutan “Qrad”ı məhv edilib.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki paylaşımında məlumat verib.
H.Hacıyev bildirib ki, Azərbaycanın Bərdə və Tərtər şəhərlərinə və mülki insanlara hücum edən Ermənistan ordusunun “Qrad” yaylım atəşli reaktiv sistemi dəqiq idarəolunan raketlə məhv edilib. Bir çox günahsız mülki şəxsin həyatı xilas edilib və mülki infrastruktura dəyə biləcək potensial zərərin qarşısı alınıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB