Paşinyan və onun komandası -“Təcrübəsizlər və yaramazlar”

Paşinyan və onun komandası -“Təcrübəsizlər və yaramazlar”

Ermənistan cəmiyyəti ictimai müzakirələr zamanı Paşinyanla yanaşı, onun müavinlərinə qarşı da təhqir məzmunlu ifadələr işlədir və Qarabağ cəbhəsindəki məğlubiyyətlərin əsas səbəbkarı kimi Nikol Paşinyan və onun kabinet üzvlərini görürlər. SİA Ermənistanın mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, Nikolun ən yaxın adamı, “sağ əli” hesab edilən müavini Tiqran Avinyanın müharibə getdiyi bir vaxtda məzuniyyətə çıxıb, oteldə dincəlməsi haqda ictimai müzakirələr gedir.

İctimai müzakirələrdə, Paşinyanın xalqın təzyiqləri səbəbi ilə Avinyanın qaldığı “Armenia” otelinə getdiyi, müəyyən danışıqlardan sonra öz müavinini Qarabağa göndərdiyi öz əksini tapır. Hətta işğalçı ölkənin mediası vurğulayır ki, Paşinyanın öz müavininin ayağına getməsi baş naziri öz kabinet üzvlərinin belə saymadığını təsdiqləyir. Ermənistana məxsus “Joxovurd” qəzeti yazır ki, cəbhədən qayıdan Tiqran Avinyan Paşinyana məruzə etmək istəyərkən, baş nazirin qəbul qrafikinin sıx olduğunu görüb səs-küy salaraq saymazlıq nümayiş etdirib.
Müharibə dövründə məmur intizamı göstərməyən Paşinyanın komandasını erməni jurnalist Ani Saakyan “təcrübəsizlər və yaramazlar” adlandırıb.
“Müharibə gedir, amma Avinyanı isə hələ də eyş-işrət maraqlandırır. Paşinyan isə, ümumiyyətlə ayılmayıb”, deyə jurnalist bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə