Peskov da Putinin sözünü təkrarladı: “KTMT-nin Qarabağda işi yoxdur” BƏYANAT
"Rusiya KTMT çərçivəsində Ermənistanın müdafiəsinə qalxa bilər, ancaq bu öhdəliyin Dağlıq Qarabağa aidiyyatı yoxdur". SİA xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi bu barədə açıqlamasını TASS agentliyi yayıb.
"Təhlükəsizlik planında öhdəçilik o zaman yerinə yetirilir ki, KTMT-yə üzv ölkələrdən hər hansısa aqressiyaya, xaricdən hücuma məruz qalsın. Məhz belə anda üzv ölkələr belə bir dövlətin müdafiəsinə qalxırlar", Kremlin rəsmi nümayəndəsi bildirib.
Rusiyanın hansı halda hərbçilərini Dağlıq Qarabağdakı münaqişə zonasına göndərə biləcəyi barədə sualı da cavablandıran Peskov qeyd edib ki, belə bir məsələ KTMT-nin öhdəliyindədir və hazırda söhbət Ermənistandan gedirsə, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin açıq-aydın deyib: "Vladimir Putin bu iki suala aydınlıq gətirib və məlumdur ki, KTMT-nin Qarabağa aidiyyatı yoxdur".
Prezidentin mətbuat katibi hərbi əməliyyatların Ermənistanın ərazisində keçirilməsi iddialarının da təsdiq edilmədiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB