Ermənistana humanitar yardımın buraxılışından Gürcüstan imtina edir Ermənistan mətbuatı yazır

Ermənistana humanitar yardımın buraxılışından Gürcüstan imtina edir Ermənistan mətbuatı yazır

Gürcüstan Rusiyada toplanan humanitar yardımların Ermənistana buraxılışından imtina edir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Rusiyanın erməni diasporu tərəfindən İrəvan üçün toplanan 12 təcili yardım şəklində humanitar yardım Moskvada ilişib.
Ermənistana məxsus mətbuat səhifəsi yazır ki, bu barədə Rusiya və Gürcüstan Xalqlarının Birliyi Fondunun prezidenti Vladimir Xomeriki “EADaily”-yə danışıb.
“Erməni tərəfinin nümayəndələri ehtiyac duyduğu erməni xalqı üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitələri və tibbi humanitar yardımın Rusiyadan tranziti üçün icazə almaq üçün Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət etdilər. İndiyə qədər tranzit rədd edilib. Bütün avtomobillər Moskvada ilişib qalıb. İmtina ilə əlaqədar olaraq BMT İHK-ya müraciət hazırlanır”, deyə Xomeriki bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə