Canlı reportağlara qadağa qoyuldu Ermənistan tərəfindən

Canlı reportağlara qadağa qoyuldu Ermənistan tərəfindən

Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsindən canlı reportajların dayandırılmasına qadağa qoyub. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.

"Səslənən çoxsaylı müraciətlərə baxmayaraq, media nümayəndələrinin hadisələri həm cəbhə bölgəsindən, həm də hərbi əməliyyatların yaxın bölgələrindən, həm də Dağlıq Qarabağın yaşayış məntəqələrindən, xüsusən də Xankəndi şəhərindən hadisələri yayımlamağa başladıqları hallar davam edir. Bu cür hərəkətlərin dayandırılmasını qətiyyətlə tələb edirik. Bu cür reportajlar erməni bölmələrinin hərəkətləri üçün real bir təhlükə yaradır", deyə açıqlamada bildirilir.
Xatırladaq ki, Ermənistan tərəfinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu erməni işğalçıları tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ ərazilərində antiterror əməliyyatları aparır. Qeyd edək ki, sentyabrın 27-si tarixindən başlayan uğurlu əməliyyatlar nəticəsində düşmən tərəfi çoxlu sayda hərbi texnika, canlı qüvvə itgisinə məruz qalıb, eləcə də uzun zamandır işğalçıların işğal altında saxladıqları ərazilərin bir hissəsi geri götürülüb, lakin Ermənistan bütün bunları gizlətməyə və itgilərinin sayını az olaraq təqdim etməyə çalışır. Məhz bu səbəbdən də Ermənistan Müdafiə Nazirliyi canlı reportajların hazırlanmasına qadağa qoyub ki, real vəziyyəti, Ermənistanın məğlubiyyətini daxili auditoriyadan gizlətsin.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə