Musa Quliyev: “Əmək pensiyaları haqqında” qanuna nəzərdə tutulan dəyişiklər əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir

Musa Quliyev: “Əmək pensiyaları haqqında” qanuna nəzərdə tutulan dəyişiklər əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir
"Milli Məclis tərəfindən "Əmək pensiyaları haqqında" qanuna nəzərdə tutulan dəyişiklər əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Bu dəyişiklliklər nəticəsində 2006-cı ilə qədər pensiyaya çıxanlarla həmin ildən sonra pensiyaya çıxanların təqaüdləri arasındakı ciddi fərqlər aradan qaldırılacaq". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, pensiyaların təyin olunmasının və ödənilməsinin sığorta prinsipinə keçidi bazar iqtisadiyyatına əsaslanan və buna xas olan pensiya ödənişi sistemidir. Onun sözlərinə görə, dünyanın bütün mütərəqqi ölkələri artıq bu sistemlə fəaliyyət göstərir.

"Qanuna dəyişikliklər təsdiq edildikdən sonra pensiyaçıların aldıqları məbləğdə ciddi artım baş verəcək. Təxminən dövlət büdcəsindən 350-400 milyon manat vəsait sərf olunacaq. Bu, əslində hökumətin böyük maliyyə riskini öz üzərinə götürməsidir. Onu da deyim ki, bir sistemdən başqa sistemə keçən ölkələrin heç birində belə addım atılmayıb. Bu əslində, Azərbaycan Prezidentinin çox humanist siyasətinin bariz nümunəsidir və əhalinin sosial müdafiəsinin qorunmasının Azərbaycanda dövlətin strateji məsələsi, priortiet istiqamətli siyasət olmasının əyani təsdiqidir"- deyə komitə sədrinin müavini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə