Nikah müqaviləsi, yoxsa el adəti: hansı daha vacibdir? - ARAŞDIRMA
"Arşın mal alan" filminin məşhur səhnəsini yadınıza salın - "Pulun var?" deyə soruşan qulluqçu Telli və gözləri parlayaraq "var, var" deyən nökər Əhməd. O dövr üçün önəmli olan nikah, müqavilə yox, pul idi...Həmin mahnı bugünki reallıqda oxunsa, təxminən belə bir mənzərə alınacaq: gənc qız ona eşq elan edən oğlana deyir: "Mən gedərəm o oğlana, onun nikah müqaviləsi olsun". SİA-nın xəbərinə görə, Milli.Az xəbər portalı bu dəfə nikah müqaviləsi mövzusunu araşdırır.
Nikah problemindən kişilər də əziyyət çəkir
Bu günlərdə təsadüfən 2 ildir görmədiyim bir qohumumu gördüm. Elşad İbrahimov 28 yaşındadır, Gəncədə yaşayır, 2 il öncə evlənmişdi. Son dəfə onu toyunda görmüşdüm. Elə toyqabağı nikah müqaviləsi üstündə xeyli söz-söhbət yaranmışdı. Oğlanın ailəsi müqavilə bağlamağa israr etsə də, yeni gəlinin ailəsi bunu qəbul etmədi. Onlar bunu milli mentalitetlə bağladılar və bir Azərbaycan ailəsinə belə bir qərarın uyğun olmadığını deyərək nikahı vacib saymadılar. Bu, sadəcə vətəndaş nikahı oldu, amma toyla olan vətəndaş nikahı...
Qısası, 2 illik evlilik bu yaxınlarda bitib, qız tərəfi nişanlılıq və evlilik dövründə gənc ailəyə alınan bütün qiymətli əşyaları - qızıl-gümüş dəstlərini, toya gətirilən hədiyyələri mənimsəyiblər, qızın gətirdiyi cer-cehizi aparıblar. Oğlan isə heç nə deməyib, sadəcə nikah müqaviləsi bağlamadığı və nikahsız evləndiyi üçün peşman olub. Amma nə fayda, daldan atılan daş topuğa dəyər. Xülasə, cəmiyyət bu məsələdə daha çox qadınların hüququnun pozulduğunu düşünür, amma hüququ pozulan kişilər də az deyil.
Nikah müqaviləsi nədir?
Son bir neçə ildə bizdə də dəbə minən nikah müqaviləsi heç də həmişə birmənalı qarşılanmır. Xüsusən də yaşlı nəsil bu məsələdə xeyli aqressivdir. Yaşlılar hesab edir ki, insanlar evlənməzdən öncə mal-mülk davası edirlərsə, şərtlərlə evlənirlərsə, o ailənin ömrü də uzun olmaz. Təbii ki, haqsız da deyillər. Təəssüflər olsun ki, zaman o zaman deyil, indi hisslərin yerini müqavilələr, sənədlər alıb.
Müasir evliliklərin çox az faizi nikah müqaviləsi bağlayır. Müqavilənin bağlanmasında əsas səbəb kimi qadının boşanma halında, el dili ilə desək, "düzdə" qalmamasıdır. Axı bizdə belə bir fikir formalaşıb ki, qadın hər bir halda əzilən və haqqı tapdanan tərəfdir. Amma yuxarıda yazdığım əhvalatdan da aydın olur ki, çoxbilmiş qadınlar və hüququ tapdanan kişilər də az deyil.
Qısası, nikah müqaviləsinin əsas təyinatı evlənmə ərəfəsində və evlilik dövründə qazanılan mal-mülkün idarəsi, həyat tərzinin formalaşması, ərlə arvadın hüquq və vəzifələri, həmçinin, bu kimi maddələr əksini tapır. Nikah müqaviləsi bir növ ailə konstitusiyasıdır.
Bu müqavilə evlənməzdən öncə və ya sonra bağlana bilər, amma evlənməzdən öncə bağlanan müqavilə nikahdan sonra qüvvəyə minir. Qeyd edək ki, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunmalıdır. Müqaviləyə sonradan dəyişiklik edilə bilər, amma tərəflərin hər ikisinin razılığı ilə.
Bu razılaşma ər-arvadın mövcud olan və ya gələcəkdə əldə edəcəkləri əmlakın bölgüsünə dair də bağlana bilər. Bu halda boşanma olarsa, mal bölgüsü müqavilədə göstərilmiş formada həyata keçirilir. Nikahın etibarsız sayıldığı, yəni tərəflərin boşandığı gün, müqavilənin də qüvvədə qalmasına xitam verilir.
6 ayda cəmi 42 müqavilə?
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən aldığımız məlumata görə, ötən ilin ikinci yarısında, yəni 2010-cu ilin son 6 ayı ərzində nikaha girən tərəflər arasında bağlanan nikah müqavilələrinin sayı 2009-cu illə müqayisədə 4 dəfə artıb. Belə ki, 2009-cu ilin son 6 ayında 13 nikah müqaviləsi bağlandığı halda 2010-cu ilin ilk 6 ayında bu müqavilələrin sayı 42 olub.
Nəzərə alsaq ki, hər il ölkəmizdə orta hesabla 70 min nikah bağlanır, bu rəqəmlə 42 rəqəminin bir-birindən nə qədər uzaq olması aydın olur. Daha aydın desək, ölkəmizdə nikah kəsdirən hər 1500 ailədən yalnız biri nikah müqaviləsi bağlayır.
Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev deyir ki, bu göstərici özünü məhkəmə zamanı daha çox büruzə verir. Belə ki, nikaha məhkəmə qaydasında xitam veriləndən sonra müqavilənin olmaması xeyli problem yaradır: "Alimentin müəyyən olunmasında, yaşayış sahəsi ilə təmin olunma ilə bağlı məsələləri həll etməkdə çətinlik çəkirik. Nikah müqaviləsi olmayanda aliment tələb edən qadınlar kişinin əmlak vəziyyətini müəyyən edə bilmir, nə qədər pul tələb edəcəyi barədə tərəddüd edir. Bu zaman məhkəmə sabit pul məbləği müəyyənləşdirmək məcburiyyətində qalır. Nikah müqaviləsi olanda bu kimi problemlər də yaşanmır".
Nikah müqaviləsinin maraqlı şərtləri
Bir vəkil tanışım var, Türkiyədə işləyir. Bu yaxınlarda o xanım belə bir əhvalat danışmışdı:
"İki gəncin evlilik sözləşməsini hazırlayırdım. O qədər gülünc maddələr var idi ki, bu dövrdə bu qədər savadsız gəncliyin olmasına inanmadım. İsrarla dediklərini qanuniləşdirməyimi istəyirdilər. Maddələr isə belə idi:
1. Əgər qadın dünyaya qız gətirsə, boşanacaqlar.
2. Kişi ət yeməkdə sərbəst olacaq.
3. Evin xanımı gün ərzində ən çox 3 dəfə ərinə zəng edə bilər, cəmi 3 dəqiqə danışa bilər.
4. Qadın kişidən harada olduğunu, hara getdiyini soruşa bilməz".
Nikah müqaviləsini mentalitet məsələsinə çevirənlər də az deyil. Bizim reallıqlara görə, nikah müqaviləsi qadının və uşağın sosial təminatı deməkdir. Çünki bizdə hər bir halda qadının hüquqlarının pozulduğu hesab edilir. Amma gerçək nikah müqaviləsi heç kimin haqqını tapdamamalıdır. Düzdür, boşanmalar zamanı qadınların hüququ daha çox hallarda pozulur, amma bu, o demək deyil ki, kişilər bütün hallarda qazanır. Əksinə, elə boşanma halları olur ki, qadın ərindən istədiyini "qopara" bilir. Hələ ailənin körpə uşağı varsa, bu, lap asan olur. Bizim kişilər boşananda mal bölgüsü etməyi özlərinə sığışdırmırlar. Boşananda evdən "bir pencəyini götürüb çıxan" kişilərimiz də az deyil.
Bəs mentalitetimizə yaraşdırılmayan, milli-mənəvi dəyərlərimizə zidd hesab edilən nikah müqaviləsinin yaxşı və ya pis tərəfləri nədir?
Hüquq müdafiəçisi Araz Səmədovun sözlərinə görə, ən əsası odur ki, əgər boşanma olacaqsa, tərəflər dava etməyəcəklər: "Bu müqavilələrin bağlandığı Avropa ölkələrində bizdən fərqli olaraq evli cütlüklər boşananda düşmən kimi yox, dost kimi ayrılırlar. Mal-mülk bölgüsündə heç bir problem yaranmır, qanun hər iki tərəfi hüquqları pozulmadan boşayır".
Hüquşünasın sözlərinə görə, normal nikah müqaviləsi hər iki tərəfin haqqını eyni səviyyədə qorumalıdır: "Bu bizim mentalitetə uyğun deyil" deyənlər sonradan necə peşman olurlar - bunun dəfələrlə şahidi olmuşam. İş-işdən keçəndən sonra bizə müraciət edirlər ki, mənə kömək elə. Bəs boşanmadan sonra məhkəmədə təzminat və ya aliment davası etmək mentalitet məsələsi deyil? Məncə hər şeyi öncədən düşünmək daha yaxşıdır. Sonra nə əsəblər korlanar, nə də məhkəmədə dava olar".
"Bəziləri molla kəbini ilə evlənməyi üstün tuturlar"
Sosioloq Sevil Ağayeva bildirir ki, nəinki nikah müqaviləsi, bu gün Azərbaycanda evlənərkən rəsmi nikah bağlamaq problemə çevrilib: "Ən çox da cənub rayonlarında bu məsələ gündəmdədir. Düşünürəm ki, orada qızları uşaq yaşda evləndirdikləri üçün nikah kəsilməsində problemlərin olduğunu yaxşı bilirlər. Amma yetkin yaşda ailə quran gənclər də nikah bağlamırlar, bir molla kəbini ilə kifayətlənirlər. Axı bura ərəb ölkəsi deyil, Azərbaycan sivil, demokratik ölkədir, vətəndaşlar da evlənərkən qanunlar çərçivəsində ailə qurmalıdırlar".
Nikah müqaviləsinin yaraları barədə danışan sosioloq qeyd etdi ki, Avropa ölkələrində bu müqavilə boşanma hallarında tərəflər arasında sülh yaratmağın ən yaxşı yolu hesab edilir: "Onlar şərti şumda kəsirlər ki, sonradan xırmanda yabalaşmasınlar. Əgər boşanma olarsa, bizdəki kimi bu prosses illərlə sürmür, hər iki tərəf müqavilədə göstərildiyi formada öz haqqından yararlanır və bircə məhkəmə iclasında boşanırlar".
Gənclərin əksəriyyəti nikah müqaviləsi barədə bilmir
Təəssüflər olsun ki, gənclərin bu barədə bilgisi azdır. Demək olar ki, çoxusu nikah müqaviləsinin mövcudluğunu, təyinatını və nə işə yaradığını bilmir. Maraqlıdır ki, nikah üçün VVAQ şöbələrinə müraciət edən gənclərə bu barədə məlumat verilmir.
Maraqlıdır, məhkəmə salonlarında mal-mülk, miras üstündə saç yolanlar, bir-birinin üz-gözünü cırmaqlayanlar, yumruq davasına çıxanlar, qərarı bəyənmədiyi üçün hətta hakimə belə hücum edənlər öz hərəkətlərinə normal baxırlarmı?..

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB