Suriya müxalifəti mayın 13-də xalq etirazları zamanı həbs olunan qadınların müdafiəsi məqsədilə kütləvi nümayişlər keçirməyi planlaşdırır. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Suriyanın hüquq-mühafizə orqanları bəyan edir ki, etiraz aksiyaları həbsxanalarda döyülən və təhqir olunan qadınlara həmrəylik əlaməti olaraq keçiriləcək.
Xatırladaq ki, martın ortalarında Suriyada divarlarda hökumət əleyhinə şüarlar yazan bir qrup məktəbli həbs ediləndən sonra xalq etirazları başlayıb. İnsanlar küçələrə çıxıb onların azad olunmasını tələb ediblər. Çox keçmədən narazılıqlar ölkənin digər bölgələrinə, xüsusən də Latakiya, Baniyas, Xoms və Xama şəhərlərinə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB