Azərbaycanın Böyük Britaniyadakı səfiri Britaniyanın "Guardian" nəşrinə məktub ünvanlayıb
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniyanın nüfuzlu "Guardian" nəşrinə cavab məktubu ünvanlayıb.
SİA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, "Dağlıq Qarabağ Azərbaycana məxsusdur" başlıqlı məktubda səfir Tahir Tağızadə bölgədəki son hərbi əməliyyatlara bağlı "Guardian"da 27 sentyabr tarixində nəşr olunan məqaləyə cavab verib.
"27 sentyabr tarixində yayımlanmış "Ermənistan və Azərbaycan arasında mübahisəli region uğrundakı toqquşmalarda azı 16 ölü" başlıqlı məqalənizlə bağlı onu demək istərdim ki, Dağlıq Qarabağ “mübahisəli” bölgə deyil. Bu bölgə Ermənistan tərəfindən Azərbaycanın qonşu yeddi bölgəsi ilə birlikdə beynəlxalq hüququn kobud şəkildə pozularaq işğal edildiyi və etnik təmizlə aparıldığı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 1993-cü ildə qəbul edilmiş və işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT təhlükəsizlik şurasının dörd qətnaməsi (822, 853, 874, 884) hələ də yerinə yetirilməmiş qalır.
Ermənistan işğal siyasətini möhkəmləndirmək üçün işğal altındakı Azərbaycan torpaqlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) rejimini qurub. Bu kukla rejimi beynəlxalq ictimaiyyət tərəfindən, habelə Ermənistanın özü tərəfindən də tanınmayıb. Beləliklə, məqalənizdə yazıldığı kimi “Dağlıq Qarabağ hərbi qoşunları” deyə bir şey yoxdur.
Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində bir ailənin beş üzvü həyatını itirib. Ermənistan on illərdir davam etdirdiyi işğalçılıq və təcavüz siyasətinin bilavasitə nəticəsi olaraq hərbi əməliyyatların yenidən başlanmasına görə bütün məsuliyyəti daşıyır", - deyə səfir Tahir Tağızadə öz məktubunda qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə görüş keçirilib
Texnologiya 16:53Azərbaycan Ali Məhkəməsinə hakimlər təyin ediləcək
Siyasət 16:28Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
İqtisadiyyat 16:26İnsanlara "toy tutan" toy qiymətləri
Köşə yazıları 16:18TRIPP layihəsi mütləq reallaşdırılacaq - İlham Əliyev
Siyasət 14:06Pasiyendən Mərkəzi Gömrük Hospitalına təşəkkür məktubu
Səhiyyə 13:13Ömrün altmışıncı ZİRVƏSİ
Sosial 13:11Hamiləlikdə qəbizliyin yaranma səbəbləri
Səhiyyə 13:06Sabah dağlıq ərazilərdə qar yağacaq
Sosial 12:48İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 435 mindən çox müraciət olub
İqtisadiyyat 12:24İnnovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
İqtisadiyyat 12:05İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
İqtisadiyyat 12:02"Reallıqlara önəm verilir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Siyasət 12:00Naxçıvanda sahibkarlığa maliyyə dəstəyi 4 dəfədən çox artıb
İqtisadiyyat 11:34AXA 30 dan çox standart üzrə uyğunluq sertifikatı vermək hüququ əldə edib
İqtisadiyyat 11:27Astanada Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib - FOTO
İqtisadiyyat 11:15Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9780
-0,31%
-
GBP 2,2767
-0,31%
-
RUB 2,1002
+0,35%