"Paşinyan Rusiya mətbuatında da gülüş obyektinə çevrilib” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Prezidenti İlham Əliyevin "Rusiya 1" telekanalına verdiyi müsahibədə dünya ictimaiyyətini cəbhədə yaranan vəziyyətlə bağlı çox mükəmməl, səlis və sərrast şəkildə məlumatlandırması nəinki Azərbaycan xalqında, eləcə də dünya ictimaiyyətində çox müsbət qarşılandı”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Prezidentimiz özünə əmin və arxayın görsənirdi, çünki güclü tərəfdir, güclü bir ordunun ali baş komandanıdır, heç bir dövlətə qarşı deyil, öz ərazisini işğaldan azad edir: “Təsadüfi deyil ki, Rusiya telekanalın aparıcısı Prezidentin bu çıxışından sonra dövlət başçısının bu cür sərrast açıqlamaları qarşısinda öz rəğbətini gizlədə bilmədi. Prezident xalqına və ordusuna arxalanaraq haqq yolunda olduğunu bildirdi və məhz bu çıxış əsasən Rusiya və dünya mediasında son günlər mövcud olan informasiya blokadasını çox peşakar şəkildə yarmış oldu.

Ermənistan baş naziri N. Paşinyanın çıxışından isə nə demək olar, adam növbəti dəfə özünü biyabır etdi. Bu adam siyasətdən uzaq bir adamdır, atdığı addımlarla bölgəni və ölkəsini hansı duruma saldığının fərqində brlə deyil, haqsız durumda olduğunu çox yaxşı anlayır, ona görə çox aciz və pərişan durumda atəşkəsin bərpa olunması yalvarışlarını edirdi, üstəlik ağ yalan danışaraq guya Azərbaycan ordusuna Suriyalı muzdluların gətirilməsi fikrini ortaya ataraq özünü lap aciz duruma saldı. Bütün dünya çox yaxşı bilir ki, Azərbaycan xalqı necə mərd, qorxmaz və döyüşkən xalqdır, Azərbaycanın bu qədər mərd oğulları olduğu halda hər hansı bir ölkədən muzdluya ehtiyacı belə yoxdur, bunu cənab Prezident İlham Əliyev də çox doğru şəkildə vurğuladı, qeyd etdi ki, bu gün 10 milyonluq Azərbaycan xalqının 2 milyonluq Ermənistana qarşı muzdlulardan istifadə etməyə ehtiyacı yoxdur. Müharibədən hər zaman qorxan məhz erməni tərəfi olub, ona görə illərdir Livan ermənilərini Dağlıq Qarabağa köçürərək onlardan müharibə vəziyyətində canlı şit kimi istifadə etməyə çalışır. Ermənistanda yaşayan ermənilər gedib Qarabağda ölməkdən imtina edirlər, çünki anlayırlar ki, bu onların torpağı deyil. Bütün bunları Ermənistanın baş naziri yaxşı anlayır, ona görə Azərbaycan Prezidentinin faktlara söykənən əsaslı çıxışı qarşısında çox aciz durumda qaldı. Ermənistan baş naziri bir cür qeyri-adekvat hərəkətlərinə görə Rusiya mətbuatında da gülüş obyektinə çevrilib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə