“Putin Ermənistana yardım mövzusunu müzakirə etməyib” Dmitri Peskov

Rusiya prezidenti Vladimir Putin qırğız həmkarı Sooronbai Jeenbekov ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsi ilə Ermənistana yardım mövzusunu müzakirə etməyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Prezidentin mətbuat katibi, liderlərin bazar ertəsi günü olan söhbətinin yalnız ikitərəfli münasibətlərə aid olduğunu vurğulayıb.

"Söhbət ikitərəfli Rusiya-Qırğızıstan əlaqələrindən bəhs etdi. Çox geniş əməkdaşlıq məsələləri müzakirə edildi. Avrasiya Şurası ilə inteqrasiyanın aktual məsələləri də müzakirə edildi. Yardım mövzusu müzakirə edilmədi", deyə Peskov, prezidentlərin bazar ertəsi günü söhbətində Rusiya və Qırğızıstanın KTMT vasitəsilə Ermənistana kömək edib-etmədikləri sualını cavablandırarkən bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə