Ermənilərin hərbi obyektləri darmadağın edilib - RƏSMİ

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir. SİA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, düşmən Azərbaycanın Daşkəsən rayonu ərazisində yaşayış məntəqələrini atəşə tutub: "Ordumuzun döyüş əzmi yüksəkdir. Silahlı Qüvvələrimizin əks-hücum həmləsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin çoxlu sayda canlı qüvvə və texnikaları məhv edilib. Düşmən Daşkəsən rayonu ərazisində yasşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bununla bağlı adekvat tədbirlər görüləcək".

A.Eyvazov bildirib ki, Ordumuzun əks-hücum əməliyyatı davam edir: "Azərbaycan Ordusunun apardığı əks-hücum nəticəsində düşmənin atəş nöqtələri və digər hərbi obyektləri dağıdılıb. Erməni bölmələrinin bütün təxribatlarının qarşısı alınır. Ağdərə istiqamətində düşmən bölmələrinə ağır zərbələr endirilib. Düşmən geri çəkilib. Düşmənin Ağdərə istiqamətində yerdəyişmə etməsi zamanı 1 tank, bir hərbi avtomobil, Füzuli rayonunda dəqiq atəşlə 4 tank məhv edilib. Ermənilərin 3-cü "Martuni" motoatıcı alayı darmadağın edilib, ermənilər meyitləri daşımağa nəqliyyat vasitəsi üçün əhaliyə müraciət edib".

Nazirik rsəmisi bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb, həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir: "Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir. Bunu da qeyd edim ki, səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Qələbə bizimlədir".

Bütün xəbərlər Facebook səhifəmizdə