Politik.am: "Rusiya Ermənistana hərbi-yük təyyarələrini göndərir" FOTOFAKT

Rusiya fəal şəkildə Ermənistana hərbi təyyarələrini göndərir. SİA xəbər verir ki, bu barədə ermənilərin politik.am saytı yazır. Qeyd olunur ki, açıq monitorinq resurslarındakı mənbələrə görə hava məkanı istifadə olunmaqla Rusiyadan Ermənistana çoxlu sayda hərbi təyyarələr uçub.

Maraqlıdır ki, ermənilər bunun Qarabağ cəbhəsində Ermənistanla Azərbaycan arasında baş vermiş silahlı qarşıdurmadan bir qədər əvvəl baş verdiyini desələr də, erməni teleqram kanalları məhz hadisələr cərəyan edəndən sonra baş verdiyini bildirirlər.

Beləliklə, mənbələr yazırlar ki, Rusiyanın Platov (Rostov-Don) aeroportundan qalxan AN-124 hərbi-yük təyyarəsi İrəvana endikdən 6 saat sonra iki ölkə arasında silahı qarşıdurmaya başlanılıb. Bir neçə saat sonra isə daha bir hərbi-yük təyyarəsi eyni marşrut xətti üzrə İrəvana enib.

Politik.am yazır ki, Ermənistanla Azərbaycan arasında münaqişə başladıqdan sonra Ermənistanın hava məkanında Türkiyə ilə sərhəd yaxınlığında daha bir rus təyyarəsi görünüb. Həmin təyyarələri yalnız transponder vasitəsi ilə izləmək mümkün olub.

Haşiyə: Maraqlıdır ki, Ermənistan mətbuatı və hakimiyyət dairələri artıq uzun müddətdir ki, anti-Rusiya xarakterli kəskin yazı və məqalələrlə çıxışlar edirlər və bəyanatlar yayırlar, hətta Rusiyanı sözügedən məsələdə Ermənistana qarşı xəyanətdə ittiham edirlər. Amma göründüyü kimi, elə ermənilər özləri-özlərinin paxırlarını açaraq ortaya qoymaqdadırlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə