Paşinyan ölümə hazırlaşır TƏHLİL

Azərbaycan Ordusunun uğurlu əməliyyatları, düşmənə layiqli cavabı, Ermənistan tərəfini aciz vəziyyətə salması işğalçı ölkədə rezonans doğurub. İşğalçı ölkə rəhbərinin təlaşı başadüşüləndir. Çünki, Ermənistan tərəfi növbəti dəfə Azərbaycanın həmləsinin qarşısında tab gətirmək iqtidarında olmadığının şahidi oldu. Azərbaycan Ordusunun antiterror əməliyyatları qarşısında məğlubiyyətlərini görən və dərk edən, başda erməni baş naziri olmaqla bütün erməni səlahiyyətliləri indi yenə də xarici ölkələrin, beynlxalq təşkilatların qapısını döyməyə və köməyə çağırmağa başlayıblar.

Gün ərzində başda Rusiya prezidenti Putin olmaqla bir neçə ölkə başçısına tələsik zəng vuran Ermənistan rəhbərliyinin qorxusu yenə də özünü göstərir. Sual oluna bilər, "hərbi qüdrətin"dən dəm vuran Paşinyan nəyə görə "böyük qardaşına" yardım üçün ağız açır? Əgər Nikolun belə "rəşadətli" ordusu, yaxud, "hərbi qüdrəti" yox idisə, o zaman nəyə görə hədə ritorikası ilə danışırdı? Yaxud, hədə ritorikası ilə danışan erməni baş nazirə indi nə oldu ki, parlamentdə əlləri əsməyə başladı? Baş nazir postunu dövlət çevrilişi ilə qamarlayan küçə nümayişçisi əllərinin əsməsi, özünü itirməsi səbəbindən parlamentin tribunasında bir neçə dəfə su qabını dağıtdısa, bu onun həyəcanının pik həddidən xəbər verir. Əslində, bundan əvvəlki hədə ritorikası başa düşülməsə də, onun həyəcanını başa düşmək çətin deyil. Bu populist real həqiqətlərlə üz-üzə qalıb və özünü də, rəhbərlik etdiyi, daha doğru aldatdığı xalqı da nə gözlədiyini yaxşıca anlayıb. Elə buna görə də "əl məndən, ətək səndən" deyib düşüb Rusiya, Fransa prezidentlərinin, eləcə də beynəlxalq qurum rəhbərlərinin ayağına.

İşğalçı ölkənin mediasında qəribə yazılara rast gəlinir və bu yazılarda Ermənistan öz müttəfiqi hesab etiyi, "böyük qardaş" sandığı ölkələrə çox aqressiv münasibət sərgilənir. Məsələn, armenianreport.am saytı "Rusiya bizi satdı" başlıqlı məqalə dərc edib. Belə bəlli olur ki, həmişəki kimi, Ermənistan Rusiyanın ermənilər tərəfdən Azərbaycana qarşı döyüşməsini gözləyirmiş. Amma, bu ölkə "başbilənləri" anlamaq istəmirdilər ki, artıq Azərbaycan ötən əsrin sonlarındakı Azərbaycan deyil və o dövrün xaotik idarəetməsi, hakimiyyətindən fərqli olaraq ölkəmizin güclü siyasi iradəyə malik hakimiyyəti var və təkçə Rusiya deyil, digər nüfuzlu dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar bu reallıqla hesablaşmaq məcburiyyətindədirlər. Ki, Azərbaycan Ordusu dünyanın ən güclü, ən qüdrətli ordularındandır və ən müasir hərbi sursatla təchiz olunub, elə bu hesablaşmaq məcburiyyəti də erməniləri meydanda tək qoydu. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanın bizimlə təkbətək döyüşmək hünəri olmadığı öz təsdiqini tapdı. Ümumiyyətlə, işğalçı ermənilər ölkə başçımızın onlara ünvanladığı mesajlardan dərs götürməyin vacibliyini cəbhənxəttində son hadisələr, məğlubiyyətləri fonunda çox yaxşı başa düşdülər.

Ermənistan tərəfinin meydanda tək qaldığını günün reallığıdır. Bu reallığı indi həmin ölkənin rəhbərindən tutmuş ən sıravi vətəndaşına qədər hər biri yaxşı başa düşür. Məslən, baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanın cəbhə xəttinə gedərək, dəstək üçün gəldiyini ifadə etməsi təsdiq edir ki, indi işğalçı ermənilərin son dəstəyi elə özlərindən ola bilər və baş nazir arvadının erməni əsgərlərdə tənhalıq, təklik kimi qorxu hissinin qarşısını almaq niyyəti göz qabağındadır. Heç şübhəsiz ki, "rus qardaşları" bu vəziyyətdə döyüşə qatılmıış olsaydılar Anna Akopyanı sürüyüb belə cəbhə xəttinə gətirmək olmazdı, buna ehtiyac da duymazdı. Amma göründüyü kimi buna ehtiyac duyuldu və Ermənistan üçün çox acınacaqlı haldır ki, bu işğalçı ölkə əsgəri bir qadının dəstəyinə, onun selfilərinə belə ehtiyac duydu.

Digər bir məqam isə, bir qədər əvvəl Ermənistanın baş nazirinin, müdafiə nazirinin, "yeni müharibə yeni torpaqlar itkisi ola bilər" sözləri ilə bağlıdır. Görəsən, bu gün təkcə Ermənistan vətədaşları deyil, bütövlükdə erməni cəmiyyəti populistlərin dediklərinin mənasız söz yığını olduğunu dərk etdilərmi, yoxsa hələ də zombiləşmiş şəkildə onların cəfəngiyyatlarına qulas asmaq niyyətindədirlər? Nə nəticə verdi Ermənistanın ən səlahiyyətlilərinin vədləri? Dünya ictimaiyyəti işğalçı dövlətin hakim dairəsinin vədlərinin, bəyanatlarının əksini müşahidə etdilər. Növbəti dəfə təxribat törətməyə cəhdi sonda Ermənistan tərəfdən işğal edilmiş və bu ölkə tərəfindən işğalda saxlanılan torparın onlar üçün itgisi ilə nəticələndi. Azərbaycan Ordusu düşmənin təxribatının da qarşısını layiqincə aldı və hətta işğal altında saxlanılan Azərbaycan torpaqlarının bir hissəsi geri alındı. Özü də ən qısa zamanda.

Maraqlıdır, başda Nikol Paşinyan olmaqla, belə sərsəm bəyanatlar verən Ermənistan hakimiyyəti, qondarma respublika əhalisini Ermənistana qaçmağa çağırış edəndə həmin o qeyd etdiyimiz bəyanatını xatırlamır, yoxsa, qeyd olunan bəyanatın ardınca qaçmaq tövsiyyəsi verəndə utanmır? Bu sualı heç şübhəsiz ki, erməni cəmiyyəti Ermənistanın baş nazirinə də, müdafiə nazirinə də tezliklə ünvanlayacaq. Bəlkə də artıq ünvanlayıb. Əbəs yerə deyil ki, Nikol indi də çıxıb vətəndaşlar qarşısında diz çökməməyi tapşırır. Deməli, diz çökəcək durumda olduqlarının fərqindədir. Fərqindədir ki, Azərbaycan Ordusu bütövlükdə Ermənistanı diz çökəcək duruma salıb.

Daha bir məqam heç də diqqətdən yayınan deyil və umid edirik bu ələlxüsus erməni cəmiyyətinin diqqətindən yayınmayıb. Bu məqam ondan ibarətdir ki, baş nazir Nikol Paşinyan Ermənistan parlamentinin xüsusi iclasında ölməyə hazır olduğunu bildirib. Çox böyük təzaddır. Müharibə başlayacağı təqdirdə yeni torpaq işğal etmək kimi boş iddianın ardınca ölməyə hazırlıq heç də bir müstəviyə sığacaq deyil. Hər dəfə nitqi zamanı bundan öncəki fikirlərini təkzib edən erməni baş nazirinin bu dəfəki təkzibi təkzib olaraq müzakirə mövzusu deyil. Müzakirə mövzusu onun iddialı nitqinin ardınca aciz etiraflarıdır. Bu populistin indi öz ölümü ilə razılaşmasıyla bərabər erməni xalqına da ölümə hazır olması tövsiyyəsi vəziyyətin ermənilər, Ermənistan üçün daha acınacaqlı olmasını boynuna almasıdır.

Erməni xalqı nəyə hazır olmalı olduğunun artıq fərqindədir. Bunu 2016-cı ilin aprelində, bu ilin iyulunda olmaqla dəfələrlə anlayıb və bu dəfə tam şəkildə dərk edib. Məsələ burasındadır ki, Ermənistana "qızıl dağlar" vəd edən avantürist indi niyə ölməyə hazır olduğunu bəyan edir. Əslinə qalanda, Paşinyan çoxdan siyasi meyit idi və bunu o özü çox yaxşı dərk edirdi. Hər dəfə də polulist bəyanatlar verəndə siyasi meyitə "şok vermək" istəyirdi. Amma göründüyü kimi, şok da ayda vermədi və bunu gec də olsa dərk edən erməni baş nazir ölümə hazır olduğunu ifadə edir.

Əslinə qalanda, erməni baş nazir ölümə hazırlıq görəndə ömründə birinci dəfədir ki, doğru fikirləşir, doğru qərar verir. Çünki, Azərbaycan Ordusunun zəfərlərinin, Ermənistanın məğlubiyyətinin fonunda Nikol Paşinyan təkcə siyasi meyit deyil, elə əsl meyitə çevriləcək. Bu işdə də ona elə ermənilərin özləri kömək edəcək, başqalarına ehtiyac qalmayacaq. Çünki, münaqişənin danışıqlar yolu ilə həllinə mane olan və "ölməyə hazırlaşan" bu populist özü ilə bərabər bütöv bir xalqı, erməni xalqını da ölümə, itgilərə, hətta məhvə sürüklədi və sürükləməkdə də davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə