Ermənilər Rusiyadan muzdluları Qarabağa göndərə bilmir - SƏBƏB?

Ermənistan ordusunda hərbi-texniki təchizat qıtlığı ilə yanaşı, canlı qüvvə də tükənmək üzrədir və bunun daha bir sübutu əməliyyatlar gedən ərazilərdə öldürülən erməni hərbi qulluqçularının meyitləri arasında Yaxın Şərq ölkələrindən gətirilmiş muzdluların da aşkar edilməsidir.

Artıq Rusiyadan Dağlıq Qarabağa cinayətkar dəstələrin “20 min erməni könüllüsü” adı altında göndəriləcəyi məlumatı əldə edilib. SİA xəbər verir ki, Ermənistanın Armenianreport saytı rusların “Podyom” nəşrinə müsahibə vermiş Rusiya erməniləri ittifaqının prezidenti Ara Abramyan hətta öz erməni yalanlarına inanaraq bildirib ki, guya ruslar da Qarabağda döyüşmək üçün ona müraciət ediblər.

“Təyyarələr yoxdur, hətta humanitar yardım göndərmək mümkün deyil”

Lakin Abramyan cinayətkar ermənilərin Ermənistana, oradan isə işğal altındakı ərazilərimizə necə gedəcəkləri ilə bağlı baş sındırır. “Təyyarələr yoxdur, hətta humanitar yardım belə göndərmək mümkün deyil”, erməni “məzlumluğu” sərgiləyən Abramyan unudub ki, artıq erməni ordusunda kadrlı zabit və əsgər heyətləri fərarilik etməkdədirlər. Buna sübut kimi isə, Ermənistan müdafiə nazirliyinin qaçanları güllələmək əmri verməsidir. Bu baxımdan, hətta Rusiyada yaşayan erməni cinayətkarların belə, Qarabağa döyüşməyə getmək arzularının olması inandırıcı görünmür.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...