Vətənşüvənlər arqumentsiz qalanda nə deyir?

Satqın AXCP sədrinin ikinci "Mat Tereza"sı - Sevinc Osamanqızı kimi…

Bax, bunu tanımasına şübhə də etmirəm. Çünki, Əli Kərimlinin primadonnaları oldüğü kimi, "Mat Tereza"ları da çox olub. Xədicəsi, Gültəkini və... daha kimlər, onun ardınca isə gəldi Sevinc Osmanqızı "Mat Tereza"sı hesab olundu. Və S.Osmanqızı özünü "Mat Tereza" kimi təzdiqləmək üçün, başladı Əli Kərimli sayağı satqınlıq etməyə, daha doğrusu satılmağa. Satılmağın da bir məqsədi qrantlar, evlər, villalar əldə etmək. Azərbaycanın üzləşdiyi ən ciddi problemlərindən də elə biri belə mənəviyyatsız, əxlaqsız müxalifətdir. Nə qədər paradoksal olsa da, onlar bilmir ki, ölkə hakimiyyəti normal, adekvat, ciddi və hadisələrə dərhal normal reaksiya verən müxalifətdə maraqlıdır. Belə müxalifət hakimiyyəti sərt tənqid etməli, iqtidar mənsublarını diskussiyalara və debatlara çağırmalı, problemlərin həll yollarını təklif etməli, hakimiyyət təklifləri qəbul etməyəndə isə xalqı etiraz aksiyalarına səsləyərək iqtidara təzyiq göstərməlidir. Parlament də, hökumət də, hakimiyyət də belə müxalifətin iştirakı ilə formalaşmalıdır.

Amma...sevinclər, xədicələr, gültəkinlər, leylalar və kimlər, kimlər... çirkaba bulaşmışlar anlamalıdırlar ki, reallıq odur ki, Azərbaycan dövləti nə daxildən, nə də xaricdən qaynaqlanan çoxsaylı çağırışlarla qarşılaşıb və bir dəfə də geri çəkilməyib. Və bir də onu da anlamalıdırlar ki, xaricdən maliyyələşdiklərini, Azərbaycandan kənarda olanların göstəriş və əmrləri ilə davrandıqlarını var qüvvələri ilə təkzib etsələr də, yalan cidasını "YouTube" ilə "Facebook"-dakı ikiüzlü çıxışların çuvalında gizlətmək mümkün deyil. Bunu AXCP sədri Əli Kərimli çox gec olsa da, anlamalı, ya da anlamağa çalışmalılıdır.

Və bu gün ona görə sizin kimi satqınlara cavab vermək istədim ki, iyrənc hərəkətlərinizə BƏSDİRİN, YETƏR! demək üçün. Qurban Məmmədovun düşük və düşkün tribunası, Sevinc Osmanqızının ingilisdilli əyalət tribunası, Tural Sadıqlının, Orduxan Temirxanın unitaz pəncərəsi, Qənimət Zahidin rəvayət quraşdırıb nağıl danışan həpənd çərçivəsi, Vidadi İsgəndərlinin tərbiyəsizlik və...və,.. başqaları da var, hamısı da zibilliklərdə. Onları hər yerdə işlədirlər, idarə olunurlar.

Bir daha təkrarlamaq istəyirəm: ölkənin taleyi xarici paytaxtlardakı qaranlıq kulislərdə qəbul ediləcək hansısa qərarların öhdəsinə buraxılmayıb, buraxılmayacaq da. Bunu Əli Kərimli, Sevinc Osmanqızı, Gültəkinq hacıbəyli, Cəmil Həsənli, Vidadi İskəndərov, Arif Məmmədov və bu kimi parazitlər anlamağa məcburdular.

Sevinc Osmanqızı üçün bandit, xuliqan, vətənşüvən deyil...

Bu o S.Osmanqızıdır ki, kanalı "OsmanqızıTV"-də bütün günü bayrağını və şəhidinin qürurunu qoruyan azərbaycanlılara bandit deməklə içində Azərbaycana nifrət, azərbaycanlılara kin nə qədər olar?. Bir azərbaycanlı üçün onun torpağı, bayrağı müqəddəsdir, qeyrətdir, namusdur. Kiçik yaşlı azərbaycanlıdan tutmuş yaşlısına qədər hər kəs bayrağını daim əlində və başının üzərində tutar, himnini oxuyanda həyəcanlanar, qürrələnər.

Amma Ermənistan Tovuz rayonuna hücum edən gündən orduya, hakimiyyətə, xalqa xaincəsinə hücum edərkən Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Cəmil Həsənli, Əli Kərimli və digərləri xaricdə səfirliklərimizi, bayrağımızı, milli qürurunu müdafiə edən, Qarabağ deyib Orduya və dövlətə dəstəyini bildirən azərbaycanlılara xaincəsinə hücum edirlər.

"Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən... Erməni həmkarımla sualları cavablandırırdım... Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq... Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcək. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhəddində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin "V" hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdir...»

Bax, budur, Sevinc Osmanqızının əsl vətənşüvənliliyi!. Vətən naminə vuruşan insanlar nə zamandan bandit, xuliqan olur? Belə çıxır ki, sənin üçün şəhid anlayışı da yoxdur. Belə çıxır ki, sənə görə torpaq naminə şəhid olan igidlərimiz erməniyə güllə atdığına görə, xaricdə azərbaycanlılar bayrağını qoruduğuna görə banditdirlər, xuliqandırlar? Səni erməni qayğısı o qədər tükədib ki, içində Azərbaycana nifrət, azərbaycanlılara kin formalaşıb. Ona görə də, ermənilərin çirkin əməllərinə qarşı çıxanlara, bayrağını qoruyanlara vətənşüvən deyirsən...

Bəli, gördüyünüz kimi, ermənilər bizim içərimizdə Sevinc Osmanqızı kimi erməni süfrəsindən qidalananlarla nifaq salırlar.

Ancaq xalq hər şeyin qiymətini verəndir və söz də hər zamanki kimi xalqındır. Xalq görsün ki, açıq düşmənimiz ermənilərdirsə, içimizdəki ermənidən geri qalmayan düşmənlərimiz də Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Cəmil Həsənli, Əli Kərimli, cəbhəçilər və milli şuraçılardır. Onlara yerini göstərmək də xalqa düşər...

Vətəni bir evə dəyişən müxalifətçi jurnalist...

Beləliklə, ən nifrət edici amil isə, S.Osmanqızı kimilər Vətəni bir evə dəyişən, atasının ruhuna hörmətsizlik edən, düşməni özünə dost hesab edən müxalifətçi jurnalistdən hansı sevgini gözləmək olar?.

Novella Cəfəroğlu: "Millət Sevinc Osmanqızını bağışlasa, mən bu milləti bağışlamaram"

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, dövlətin çətin günündə bu cür mövqe sərgiləmək xəyanətdir: "Mən Sevinc Osmanqızını çoxdan tanıyıram. Vaxtı ilə Azərbaycan müxalifətini söyürdü. Mən müxalifətin yerinə olsam, ona bir dəfə də açıqlama vermərəm. Bu gün ölkənin çətin günündə bu cür mövqedə olmaq millətə xəyanət kimi bir şeydir. Çox heyfislənirəm ki, onun atasının belə bir qızı var. Mən də bu dövləti quran insanlardan biriyəm. Bu mübarizə yolunda çiyin-çiyinə olmuşuq, döyülmüşük, söyülmüşük, həbsə atılmışıq. Amma biz Azərbaycanı atıb getməmişik. Hamı da yaxşı bilir ki, mənim ailəm İsraildədir. Gedib orada oturub mübarizə apara bilərdim. Burada qaldım, yaxşısı ilə, pisi ilə ölkəm üçün burada mübarizə apardım. Amerikada oturub Azərbaycanı söymək sənə nə verəcək?".

N.Cəfəroğlunun fikrincə S.Osmanqızı bu mövqeyinə görə həm cəmiyyət, həm də müxalifət tərəfindən qınanamalıdır: "Azərbaycan müxalifəti həmişə deyib ki, Qarabağ məsələsində hökumətin yanındadır. Bu məsələ də müxalifət ortaya mövqe qoymalıdır. Onun verilişinə çıxmamalı, açıqlama verməməlidir. 50 nəfər vətənpərvər azərbaycanlı minə yaxın erməninin qarşısına çıxıb. Amerika belə deyir ki, ermənilərin bu vəhşiliyi qəbulolunmazdır. Axı, sən də bu cür mövqe göstərməməlisən. 50 nəfər azərbaycanlının döyülməsini necə qəbul etmək olar? Sən necə deyə bilərsən ki, azərbaycanlılar bunu etməməli idi?

"Sumqayıt hadisələri" və Bakıda baş verən digər hadisələr rus kəşfiyyatının planları idi. Məqsəd də sovet hakimiyyətinin dağılması idi. Axı sən bir jurnalist kimi bunu bilirsən, bilməlisən. Bilmirsənsə, lap ayıb olsun. Sən bunları bilə-bilə insanları suçlayırsan. Əgər sən Azərbaycana qayıdanda bu millət səni bağışlasa, mən bu milləti bağışlamaram. Bu millət üçün, dövlət üçün can vermişik. Bu gün bizim ən ağır günümüzdür. Azərbaycan hökumətini sevməyə bilərsən. Bəli, ölkədə olan bəzi məsələlər bizim də xoşumuza gəlmir. Amma indi vəziyyət fərqlidir. Sevinc Osmanqızı axı dövlətə qarşı çıxır, bu milləti haqlı olduğu halda günahkar çıxarır. Nə qədər amansız insan olasan, ki bu mövqedə olasan və bu cür çıxış edəsən".

N.Cəfəroğlu onu da deyib ki, vaxtı ilə müxalifəti söyürdü, indi də müxalifət onu boykot etməlidir: "Mən heç vaxt Sevinc Osçanqızının bu ikiüzlülüyünə görə bağışlamıram".

Bir sözlə, xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edən Əli Kərimli, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Cəmil həsənli, Qənimət Zahid, Vidadi İskəndərli və bu kimilərin bir adı ola bilər - Xalq düşmənləri!!!.. ".

Budur həqiqət. Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan bu satqın anti-milli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid edilməlidirlər!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə