Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün İkinci Dünya müharibəsi veteranları ilə görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə Böyük Vətən Müharibəsində şücaət göstərən veteranların hazırkı vəziyyəti, üzləşdikləri problemlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
İcra başçısı qeyd edib ki, ölkə rəhbəri tərəfindən faşizm üzərində qələbədə iştirak edən soydaşlarımıza diqqət və qayğı göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, onların problemləri öyrənilir, onların həllinə çalışırıq.
Görüşdə müharibə veteranlarını maraqlandıran suallara aydınlıq gətirilib. Həmçinin, bir sıra çətinliklər barədə şəhər rəhbərinə ətraflı məlumat verilib. Sosial, kommunal sahədə problemlər dilə gətirilib. Bəzi məsələlər elə yerindəcə həll olunub.
Statistik məlumatlara görə hazırda Gəncə şəhərində Böyük Vətən müharibəsində iştirakçısı olan 120 veteran yaşayır. Döyüşlərdə şəhid olan 700-dən artıq soydaşımızın ailəsi qeydiyyatdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB