Çiçəklənən Ermənistan Partiyasının gəncləri Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin istefası tələbi ilə aksiya keçirib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, gənclər "Arayik, rədd ol!" tələbi ilə çıxış ediblər.
“Cənab Harutyunyan, yüzlərlə gənc adından sizə bir bəyanat yazmaq və vəzifənizdən ən qısa müddətdə istefa etməyiniz üçün müraciət edirəm. İşləriniz antierməni fəaliyyət olaraq qiymətləndirilir. Siz erməni kilsəsinə qarşı çıxdınız, erməni təhsil müəssisələrində təhrif yaydınız və vaxtaşırı bu binada transgenderləri qəbul etdiniz. Bu gənclər səni istefaya məcbur edəcəklər”, deyə etirazçılardan biri bildirib.
Xatırladaq ki, bu yaxınlarda “Parlaq Ermənistan” və “Daşnaksütyun” partiyaları da Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Arayik Harutyunyanın istefası tələbi ilə etiraz aksiyaları keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB