Özündə olmayandan danışan Sevinc Osmanqızı kimləri mənəviyyatsız adlandırır?
Belə bir deyim var: “Əslində siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda çirkin olur”. Dünənə qədər dağıdıcı müxalifət düşərgəsində koronavirusla bağlı "Evdə qal"a alışa bilməyən radikal düşərgə təmsilçiləri yumuşalma olduqca ölkədə hər şeyin rəvan getdiyi bir məqamda, necə deyərlər: aşığın sözü qurtaranda "yarım, yarım" dediyi kimi, indi də naftalin qoxulu siyasətçilərin bir-birilərini mənəviyyatsız, satqın adlandıraraq “böyük iddiada” olduqlarının nümayiş etdirirlər. Ancaq iddiaları böyük ola bilər - amma onlar, gerçəkdən də, çox cılızdır. Xüsusilə də, “REAL” sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova bəraət verməsi, Məmmədova 234 min, Cəfərova isə 57 min 400 manat mənəvi təzminat təyin edilməsi, sonra “REAL”-ın qeydiyyatdan keçməsi, satqınçılıqla qürur duyan Əli Kərimlinin iddialarının təmin edilməməsi, ümumiyyətlə, siyasət meydanın bir yox kimi qəbul edilməsi, cəbhəçilərin lap cızdığını çıxarıb. Başlayılar açıq şəkildə barələrində qərar çıxarılanları aşağılamağa, onları hakimiyyətlə anlaşmada ittiham etməyə.
Radikal müxalifətin korafəhimliyi…
Belə canfəşanlıq edənlərin önündə AXCP sədri Əli Kərimli ilə “Milli Şura”nın "tryapka"sı Cəmil Həsənli hələ də korafəhmlik, perspektivsizlik və mitinqomaniyadan qurtula bilməyib. Bu o Əli Kərimlidir ki, sürəkli olaraq tərəfdarlarına “sehirli artefakt”lar vəd edir, hər vədi də fiasko ilə sonuclanır. Sovet dönəmində mərkəzi televiziyada “Nağılların qonaqlığı” adlı uşaq verilişi vardı. Məşhur diktor Valentina Andreyevanın aparıcılıq etdiyi həmin proqramın ən tanınan personajı “Nağıl danışan nənə” idi.
Bu gün ABŞ-a sığınmış və hər şeyini qrantlara satmış Sevinc Osmanqızı da “YouTube” kanalında həmin “Nağıl danışan nənə" funksiyasını yerinə yetirməyə çalışır, səsinin tembrini bəhs etdiyi mövzudan asılı olaraq dəyişir, mitinqlərdən bəhs edəndə vəcd notlarını bol edir, “hakimiyyətin əzab verdiyi xalq”dan danışanda faciəvi çalarları seçir.
Son dönəmlərdə siyasətçilik iddiasına düşmüş bu xanımın “ozan” verballığının qəhrəmanları arasında Tofiq Yaqublu kimi siyasətə atılıb siyasətin atdığı fiqurlarla yanaşı, Ə.Kərimli xüsusi yer tutur. O kəs ki, Azərbaycan siyasətinin zibiliklər anbarında tozlanmış maneken olmasına rəğmən, Pinokkio təki özünü canlı bilir. Əli Kərimlini katibəsi olan S.Osmanqızının hər gün kanalında satqın və mənəviyyatsız AXCP sədri Əli Kərimlinin dediklərini papuqay kimi təkrarlaması mənəviyyatsızlıq deyilmi? Məsələn, AXCP lideri buyurur ki, sən demə, Azərbaycan hakimiyyətinin son qərarları, fərmanlar, sərəncamlar, vətəndaşların rifah halının yüksəlməsinə və sosial sahədə islahatlara yönəlmiş bütün (!) addımlar yanvarın 19-da “Məhsul” stadionunda keçirilmiş “möhtəşəm” mitinqdən sonra “iqtidarın qorxuya düşməsinin nəticəsi" imiş. Bəla ondadır ki, Əli Kərimli bu marazmı sürəkli təkrarlayır, Avropa ölkələrindəki “müstəqil bloqer”lər də Sevinc Osmanqızı və digərləri səs-səs verərək AXCP “liderini” az qala Pasxa atasındakı bütə çevirirlər. Bu, irrealıq, xülya, sərsəm təsəvvürdür.
Reallıq isə odur ki, Prezident İlham Əliyev dövlət başçısı seçiləndən bəri daxildən və xaricdən qaynaqlanan çoxsaylı çağırışlarla qarşılaşıb, bir dəfə də geri çəkilməyib. O, heç vaxt ani dividentləri və ya siyasi konykturanı düşünməyib. Amma ölkənin taleyi xarici paytaxtlardakı qaranlıq kulislərdə qəbul ediləcək hansısa qərarların öhdəsinə buraxılmayıb, buraxılmayacaq da. Bunu AXCP sədri Əli Kərimli çox gec olsa da, anlamalı, ya da anlamağa çalışmalılıdır.
“Köhnə” tullantılar “yeni” olanda…
Bu sözləri yenə də özünü yuyulmamış qaşıq kimi ortaya atan Əli Kərimlinin “mətbuat katibi”, “OsmanqızıTV”-nin sahibi Sevinc Osmanqızı özünü “savdlı siyasətçi” adlandıraraq AXCP sədrini tənqid etdiklərinə görə bir saatdan da kanalında REAL-çıları təhqir etərək, onları mənəviyyatsız, AXCP sədri Əli Kərimlini «savadlı, əsl siyasətçi» adlandırıb. Təəccüb etmirik. Çünki o şey ki, onda yoxdursa, ondan danışar. S.Osmanqızının çürük məntiqi belə olmalıdır. Həyasızcasını gecə-gündüz xalqı aşığlayan S.Osmanqızı “xalq yanğısı”, “vətən qayğısı” deyərkən bir dəfə də olsun özü-özünə sual edir ki, nəyə əsaslanıb belə danışıram. Abırsızın abrı olmaz, deyiblər. Həmçinin sual yaranır: S.Osmanqızı gün ərzində paylaşdığın 5-10 status və ya paylaşımdan heç olmasa birini Dağlıq Qarabağ probleminə, Ermənistanın işğalçılıq siyasətinə həsr edirsənmi? Əgər sən doğrudan da vətənpərvərdirsə, hansısa azərbaycanlının təzyiq və ya işgəncəyə məruz qalması qəlbini narahat edirsə, heç olmasa 2014-cü ildən indiyə qədər Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərdinə şərik çıxmalı idin. Əfsuslar olsun ki, S.Osmanqızının səhifəsində hər iki şəxsin hüquqlarının müdafiəsinə reaksiya yoxdur. Ola bilsin sifariş aldığı dairələr ya ona bu yöndə fəaliyyəti qadağan ediblər, ya da o özü atasını şəhid edən ermənilərin xətrinə dəymək istəmir.
Bax, budur S.Osmanqızının əsl siması və xisləti. S.Osmanqızının vətənpərvərlik hissindən məhrum olması ilə yanaşı, onun bəzi hadisələrə qeyri-peşəkar, lağ-lağı ilə yanaşması da diqqət çəkir. Xəyanət başqa necə olur ki?! Təbii ki, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirdirlər. Birbaşa erməni lobbiçilərinin və diasporasının tapşırıqlarını yerinə yetirirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyyə dəstəyi hər kəsə bəllidir. Ancaq insan nə qədər şərəfini və ya ləyaqətini itirə bilər ki, indiki situasiyada öz xalqına və dövlətinə qarşı bu cür iyrənc şər-böhtan atasan?! Ermənidən də artıq erməni, buna deyərlər. Artıq bu şəxslərə hüquqi qiymətin verilməsinin vaxtı çatıb. Xalqımız onları tarxin zibilliyinə atıb. Hüquqi qiymətin verilməsi zamanıdır. İnşallah yaxın gələcəkdə bunların şahidi olacağıq.
Əlbəttə, heç kim demir ki, cəbhənin o tərəfində erməni var deyə, bu tərəfdə müxaliflik eləmək olmaz. Sağlam cəmiyyətdə mütləq müxalif fikir də olmalıdır. Buna görə Azərbaycan hökuməti də normal, sivil müxalifətlə dialoq qurur, fikirlərini dinləyir. Amma müxalifliyin də bir norması, qayda-qanunu var. Bu gün Sevinc Osmanqızının, Əli Kərimlinin etdiyi müxaliflik deyil, qrimlənmiş məkrdir…
Xülasə, çox uzatmayaq. Sevinc Osmanqızının qibləsi və amalı, ailəsindən və atasının şəhid ruhundan da artıq ehtiram bəslədiyi dəyəri - pula olan sevgisidir. Viktor Hüqonun gözəl bir sözü var: “Vətənini rüsvay etmək ona xəyanət etmək deməkdir”.
Buyurun, görək “xəyanət yarışında” kim özünün mahiyyətini, mənəviyyatını daha çox ortaya qoyacaq. Çünki illər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planlarının icrası daim fiaskoya uğrayır. İstəklərinin əksinə olaraq, Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə mövcud olduğu regionda yox, onun hüdudlarından kənarda belə böyük nüfuz sahibi kimi çıxış edir. Azərbaycanın qazandığı uğurların miqyası artdıqca, antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi daha çox tarıma çəkilir.
Azərbaycana nifrət edən bu əxlaqsızların əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”. Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa bir şey deyil.
Belələrində isə, nə abır, nə də mənəviyyat olar. Elə düz deyirlər: “Abırsızda abır olmaz”.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB