Millət vəkili AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Millət vəkili AŞPA-nın komitə iclaslarında iştirak edəcək
Milli Məclisin deputatı Rafael Hüseynov bu gün Sloveniyanın Lyublyana və Xorvatiyanın Zaqreb şəhərlərində səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, millət vəkili Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil komitəsinin iclasında iştirak edəcək.

İclasda media siyasəti və informasiya cəmiyyətinin çağırışları, gənclərin hüquqlarına dair konvensiya, Avropa ali təhsil məkanında təhsil müsəssələrinin idarə olunması və digər mövzularda müzakirələr aparılacaq.

Səfər mayın 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə