Daha bir ASALA terrorçusu cəhənnəmə vasil oldu FOTO

Daha bir ASALA terrorçusu cəhənnəmə vasil oldu FOTO

Son iki həftədə iki ASALA üzvü olan iki erməni terrorçularının ölümləri Ermənistanı və dünya ermənilərini sarsıdıb. SİA armeniya today-a istinadən xəbər verir ki, Livanda avtoqəza nəticəsində “Erməni gizli azadlıq ordusunun” (ASALA) üzvü Abraam Tovmasyan ölüb. Məlumatda qeyd olunur ki, iki həftə əvvəl İraqın Ərbil şəhərində ölən Akop Taqlyanın ardınca, növbəti ölüm erməniləri sarsıdıb.

“Növbəti itki ağır zərbədir və qəmginlik səngimir”, ASALA-nın bəyanatında bildirilir.

Qeyd olunur ki, Abraam Tovmasyan terror təşkilatına 1980-ci illərdə üzv yazılıb. Müvafiq təlimlərdən sonra o təşkilatın Avropadakı bazalarının birinə göndərilib.

Maraqlıdır ki, terror təşkilatı törətdiyi cinayətkar qanlı əməlləri ilə fəxr duyduğunu yazır və xatırladır ki, 1983-cü ilin 22 yanvar tarixində Türkiyənin Parisdə yerləşən aviaşirkətinə edilən terror hücumunda “Şapin Karahisar” adlı əməliyyatda iştirak edən Tovmasyan fəallığı ilə seçilib və həmin vaxt həbs olunaraq 2,5 il cəza çəkib.
Erməni cəlladı 1985-ci ilin ilk günlərində Livana geri dönüb və qanlı fəaliyyətini ASALA-nın Livan filialı olan “Erməni Milli Hərəkatı”nda davam etdirib.

Daha bir diqqətçəkici məqam bu gün erməni terrorçularının, xüsusilə ASALA üzvlərinin dəfnləri dövlət səviyyəsində keçirilməsidir. Belə ki, cəhənnəmə vasil olmuş Abraam Tovmasyanın sentyabrın 14-də İrəvanın “Erablur” panteonunda basdırılacağı vurğulanır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə