Türkiyənin Ərdahan Universitetində Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Rusiyadan 21 universitet rəhbərinin imzası ilə Qafqaz Universitetlər Birliyi təsis olunub. SİA-nın AzərTac saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, Naxçıvan Dövlət Universitetinin prorektoru, professor Xanəli Kərimli və Naxçıvan Özəl Universitetinin prorektoru, dosent İbrahim Kazımbəylinin də iştirak etdiyi imzalama mərasimindən sonra konfrans keçirilib.
Ərdahan Universitetinin rektoru Aşık Şənlik deyib ki, Birliyin yaradılması universitetlər arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi baxımından çox mühümdür.
Ərdahan Universitetinin rektoru Aşık Şənlik deyib ki, Birliyin yaradılması universitetlər arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi baxımından çox mühümdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB