“Ermənistanın qeyri-adekvat hərəkətlərinin məntiqi izahı yoxdur” ÖZƏL-MÜNASİBƏT

“Ermənistanın qeyri-adekvat hərəkətlərinin məntiqi izahı yoxdur” ÖZƏL-MÜNASİBƏT

“İşğal altındakı torpaqlarımıza Liviya və Suriya ermənilərinin köçürülməsi, ermənilərin birmənalı olaraq, türklərin etnik təmizlənməsi siyasətinin tərkib hissəsidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, ermənilər çoxdan sudurulmalı idi. “Prezident İlham Əliyev Paşinyanı necə susdurdusa, hər birimiz də, ermənini susdurmağı bacarmalıyıq! Digər tərəfdən, Beyrutda baş vermiş partlayışdan sonra ermənilərin Dağlıq Qarabağa köçürülməsi sadəcə ermənilərin məkirli siyasətlərinin bir parçasıdır. Hələ 2018-ci ildə Suriyadan 76 erməni ailəsini Dağlıq Qarabağa köçürmüşdülər. Beyrutdakı partlayışdan sonra isə Qarabağdakı işğalçı rejim 100-150 erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi üçün yer ayrıldığını rəsmi olaraq bildirdi. Digər tərəfdən Ermənistanın eks prezidenti Serj Sarkisyan ötən gün verdiyi müsahibədə rəsmi İrəvanın hələ Qondarma Dağlıq Qarabağ Respublikasını tanımadığını söyləyib. Baxın, bunların bir sözləri ilə digərləri bir biri ilə uzlaşmır. Ermənistanın baş nazirinin xanımı Dağlıq Qarabağda hərbi təlimlər keçir, oğlu işğalçı rejmin hərbi müəssisələrində əsgərlik keçir, işğal altındakı Azərbaycan torpaqlarına Ermənistan rəsmiləri səfərlər edir, turist qəbul edirlər, amma işğalçı rejmi tanımadıqlarını söyləyirlər. Bu necə olur axı? Siyasi düşüncə bir tərəfə, Ermənistanın bu qeyri adekvat hərəkətlərinin heç məntiqi izahı belə yoxdur. Ona görə də, Azərbaycanın millət vəkili Tural Gəncəliyevin AŞPA-dakı çıxışı qarşısında Erməni rəsmisi susmaq məcburiyyətində qalıb. Digər tərəfdən Ermənistan işğalçı rejimin əli ilə öz məkirli siyasətini yeridir. Demək olar Rusiya öz maraqlarında Ermənistanı necə istifadə edirsə, rəsmi İrəvan da separatçı rejimi eynən eləcə istifadə edir. Ona görə də, Sarkisyan “Ermənistan separatçı rejmin müstəqilliyini tanımadığını söyləyir” və maraqlısı odur ki, bu söyləntinin arxasında gizlənərək, bu günə kimi BMT-nin 4 qətnaməsini yerinə yetirmədən, BMT-nin tribunalarına çıxa bilir. Cünki acınacaqlı halda saxlamağa düçar etdiyi erməni ictimaiyyətindən sözün əsil mənasında istifadə edərək, qrantlar və hümanitar yardımlar almaqla dövlətçilik oynamağa öyrəşib. Bununla da, əslində erməni icmasını hər zaman səksəkə içərisində saxlayaraq, müharibə ilə təhdid edir. Status-kvo da rəsmi İrəvana ona görə lazımdır!”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə