Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və bu münasibətlə keçirilən "Gül bayramı" Şirvan şəhərində qeyd olunub. SİA-nın Aran bürosunun məlumatına görə, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri öncə ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
"Gül bayramı" Heydər Əliyev adına parkda davam edib. Məktəblilərin ulu öndər Heydər Əliyevlə bağlı əl işlərindən ibarət hazırlanmış sərgi nümayiş etdirilib. Şəhər ictimaiyyətinin qarşısında çıxış edən İcra Hakimiyyətinin başçısı M. Camalov ümummilli lider Heydər Əliyevin keçdiyi mənalı həyat yolundan, dünyada böyük ictimai-siyasi xadim kimi qazandığı böyük nüfuzdan bəhs edib.
Azərbaycanın müstəqil dövlət quruculuğunda ulu öndərin misilsiz xidmətlərindən danışan natiq respublikamızın bu gün onun müəyyən etdiyi siyasi xəttin sayəsində inkişafda olduğunu bildirib.
Bayram tədbiri konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB