Zahid Oruc: “Bu gün ulu öndərimizin uyuduğu torpaq müqəddəs bir məkana çevrilib” - AÇIQLAMA
"Ulu öndərin Azərbaycanın bütün həyat sferalarında çox böyük rolu və xidmətləri var". Bu sözləri SİA-ya millət vəkili Zahid Oruc ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar verdiyi açıqlamasında deyib. Azərbaycan böyük bir yol keçdiyini dilə gətirən millət vəkili öz ömrünü xalqının inkişaf etməsinə həsr edən Heydər Əliyevdən başqa ikinci bir simanı tanımadığını vurğulayıb. Onun sözlərinə görə, öz millətinə, xalqına məxsusluğundan narahat keçirənlərə ən yaxşı dərsi məhz ulu öndər Heydər Əliyev şəxsiyyəti verib.
"Həyatın bu gedişində Heydər Əliyevin fəaliyyətində də bir ilahi qanunauyğunluq özünü göstərib. Belə ki, 70-ci illərdə Azərbaycanı quran simanın 80-ci illərin sonu və 90-cı illərin əvvəlində ölkənin dağılmasının qarşısını alacaq missiyası da məhz Heydər Əliyevin taleyinə yazılmış oldu. İkinci bir sima yoxdur ki, bu cür həyat yaşamış olsun. Bu gün ulu öndərimizin uyuduğu torpaq müqəddəs bir məkana çevrilib", - deyə Z.Oruc qeyd edib.
Millət vəkili bildirib ki, ümummilli liderin xarakterik xüsusiyyətlərini yüz, bəlkədə minlərlə faktlar vasitəsilə qabartmaq mümkün deyil.
Z.Orucun fikrincə, dövlət öz başçısına çox oxşayır: "Zəif rəhbərin dövləti də zəif sayılır. Əgər bir ölkənin dövlət başçısın xarakter cəhətdən zəif bir şəxdirsə, temperamenti qüsurludursa, avtomatik olaraq dövlət haqqında da eyni fikir formalaşır. Birmənalı olaraq söyləyirəm ki, Azərbaycan dövlətinin ulu öndər Heydər Əliyevin daşıdığı parametrlər əsasında qurulması, bu dövləti güclü, möhkəm, yenilməz etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB