Qabil Hüseynli: “Nikol Paşinyan kimi Anna Akopyanın da pisixi problemləri var” - MÖVQE

Qabil Hüseynli: “Nikol Paşinyan kimi Anna Akopyanın da pisixi problemləri var” - MÖVQE

Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan işğal altında olan Dağlıq Qarabağa gələrək, erməni qadınlarının iştirakı ilə hərbi təlimlərdə iştirak edib. Bu bir növ erməni terrorunun erməni qadınlar tərəfindən də açıq şəkildə həyata keçirildiyinin əyani sübutu sayıla bilər. Politoloq Qabil Hüseynli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyannın Dağlıq Qarabağa gələrək hərbi təlimlərdə iştirak etməsi terrora açıq çağırışdır.

“Xalqlararası dostluğun möhkəmləndirilməsində analar xüsusi rola malik olurlar. Amma Anna Akopyan qadın olaraq müxtəlif atıcı silah növlərindən istifadə edərək, yalançı pozalar verir", deyən politoloq əlavə edib ki, Ermənistan adlanan qondarma ölkədə millətçilik xəstəliyinə tutulmamış, bu millətçiliyi dəli-divanə şəkilində anlamayan adam qalmayıb: "Onsuz da Ermənistanın baş naziri Nikol Paşinyan kimi Anna Akopyanında pisixi problemləri var. Paşinyanın həyat yoldaşı A.Akopyan gəlib sənrəgərdə yatır. Bu kimi faktlar təsdiq edir ki, bu xalq heç bir qonşusu ilə mehriban şəraitdə yaşamaq istəmir, müharibədən başqa heç nəyi isətəmir və həmişə gözlərini başqalarının torpaqlarına tikib və bundan sonrada bu yolu davam etdirmək fikirindədir. Bu başdan ayağa utanc gətirən bir hərəkətdir, əgər ermənilərdə utancaqlıq hissi azda olsa qalıbsa onlar bilməlidirlər ki, bu qadın bataliyonları yaradır ondan sonra Ermənistandaki analarını, bacılarını silahlandırıb, “üstümüzə düşmən gəlir” deyə düşmənə qarşı yönləndirmək bu əslində avantüradan başqa bir şey deyil. Sən işğalçısan, qonşu dövlətin- Azərbaycanın 20 faizə qədər torpağını işğal edibsiniz, əlbəttə ki, rusların yaxın köməyi ilə. Əgər ruslar olmasaydı siz bir qarış torpaq da ələ ala bilməzdiniz və bu gündə ruslar olmasa bir qarışda torpağı əlinizdə saxlaya bilməzsiniz”.

Q.Hüseynli bildirib ki, yalandan torpaq üstünə yıxılıb, yalançı pozalar verməklə deyil, döyüş meydanında heç bir qüdrət göstərə bilməzlər: “Bunun hamısını ərazinizdə yerləşdirdiyiniz 102-ci briqadanın və 366-cı motoatıcı diviziyanın əsgərləri və bütövlükdə Rusiyanın pulsuz- parasız hədiyyə kimi verdiyi silahlar hesabına əldə ediblər. Bir sözlə, dünya belə şeylərə baxıb nəticə çıxarmalıdır, dünya görməlidir ki, talerant, humanist xalq kimdir və onun qarşısında duran və axşama kimi Avropa dövlətləri və Rusiya qarşısında ağlayıb sıtqıyan xalq əslində hansı mənəviyyata, hansı dünya görüşə sahibdir və onun Rusiyanın köməkliyi ilə işğal etdiyi xalq hansı mənəviyyata sahibdir. Biz qonşularımızla dinc və rahat yaşamaq istəyirik. Amma bir şərtlə ki, işğal olunmuş torpaqlar geriyə qaytarılsın, torpaqlarmızın üstündən erməni əsgərlərinin ayağı geriyə çəkilsin. Bir sözlə, bəşəriyyətin, insanlığın illərlə işləyib, hazırladığı və ortaya qoyduğu mənəvi dəyərlər, mənəvi normalar normaları var. Ay erməni dığaları siz bu mənəvi dəyərlərə sahiblənmək istəyirsiniz. Hazırda bunların heç biri sizdə yoxdur. Onda BMT-nin qətnamələrinə diqqət yetirin bölgədəki, münaqişə ilə bağlı, hazırda kı, beynəlxalq münasibətlərin məğzinə, mahiyyətinə varın, görün beynəlxalq münasibətlər, yeni dünya nizamı nə cür formalaşır, sizin təfəkkür tərziniz bu yeni dünya təfəkkür tərzinə uyğundurmu? Bir sözlə, çox şeylər söyləmək olar və Allah heç kimə belə bir qonşu rast gətirməsin”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə