ABŞ-da "antiterror qanunu" ilk dəfə olaraq icra edilib. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, çinli 49 yaşlı Yi Çin Çen ilk cinayətkar olub ki, ABŞ-ın Nyu-York şəhərində "əkiz göydələnlərə" edilən hücumdan sonra qəbul edilən antiterror qanunun təsiri altına düşüb. Çinli cinayətkar zenit raketlərinin qaçaqmalçılığına görə, 25 il müddətinə azadlıqdan məhrum edilib. 2001-ci il sentyabrın 11-də terrorçular tərəfindən tutulan iki mülki avialayner Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin "əkiz göydələnlərinə" dəyib. Nəticədə hər iki göydələn uçub. Yanğın və dağıntılar altında 3 mindən çox insan həlak olub. Çen hələ 2005-ci ildə Federal Təhqiqat Bürosunun gizlin əməkdaşına "QW2" raketlərini vermək istərkən həbs edilib. Oktyabrda ona qarşı rəsmi ittihamlar irəli sürülüb. Müxtəlif növ hava gəmilərini məhv etmək üçün nəzərdə tutulan raket sistemlərinin ölkəyə gətirilməsini qadağan edən antiterror qanunu 2004-cü ildə qəbul edilib. Qanun 11 sentyabrda baş vermiş iri terror aksiyasına cavab olaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB