Fazil Mustafa: “Hər kəs Heydər Əliyevin ölkəmizin inkişafında həyata keçirdiyi işlərə obyektiv qiymət verməyə borcludur”
"Azərbaycan dövlətinin qurulmasında azacıq rolu olan, yaxud da böyük rolu olan insanları qiymətləndirmək lazımdır". Bu sözləri SİA-ya millət vəkili Fazil Mustafa Ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar verdiyi açıqlamasında deyib. O bildirib ki, Azərbaycan dövlətinin sütunlarını yaradan ulu öndər Heydər Əliyevə lazımınca qiymət vermək lazımdır.
Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu dilə gətirən millət vəkili vurğulayıb ki, hər kəs onun ölkəmizin inkişafında həyata keçirdiyi işlərə obyektiv qiymət verməyə borcludur.
F.Mustafanın fikrincə, hazırki hakimiyyət ümummilli liderin irsini kifayət qədər təhlil edir, ortaya qoyur.
"Tarixi şəxsiyyətlər elədir ki, onlara yaşadığı dövrdə yaxud da ölümündən sonrakı dövrdə dəqiq qiymət vermək olmur. Görünür, başqa böyük tarixi şəxsiyyətlər kimi ümummilli lider Heydər Əliyevə geniş qiymət bundan sonrakı dövrlərdə veriləcək. Hansı obyektivliyə uyğun olacaq, hansı olmayacaq bunu tarix göstərəcək. Amma bütün hallarda Azərbaycan dövlətinin qurulmasında Heydər Əliyevin müstəsna rolunun qiymətləndirilməsinin tərəfdarıyam",- deyə millət vəkili qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB