Polşanın baş naziri faşist Almaniyası ilə birgə Sovet ittifaqını da günahkar çıxardı İTTİHAM
Polşanın baş naziri Mateuş Moravetski bəyan edib ki, İkinci dünya müharibəsinin başlanmasına görə əsas günahın nasist Almaniyası ilə yanaşı, Sovet ittifaqında da olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə TASS agentliyi yazır.
Polşalı siyasətçi qeyd edib ki, müharibəni iki total, destruktiv, varvar və cinayətkar rejim başladıb. Moravetski bəyanatını Velyunda – faşist Almaniyasının Polşaya hücumu nəticəsində İkinci dünya müharibəsinin başlanmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə səsləndirib.
Xatırladaq ki, bundan öncə Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştanmayer ötən il - İkinci dünya müharibəsinin başlanmasının 80-ci ildönümü ilə bağlı mərasimdə ölkəsinin İkinci dünya müharibəsinin cinayətlərini öz üzərinə götürdüyünü bəyan etmişdi.
O, qeyd etmişdi ki, almanlar Polşadakı genosidə yol veriblər və tarixin bu hissəsini unutmaq olmaz. “Biz tarixin xatırlatdığı bu cavabdehliyi qəbul edirik”, Ştanmayer demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB