"Ermənistanda hərbi sahədə ciddi problemlər yaşanır" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanda hərbi sahədə ciddi problemlər yaşanır" ÖZƏL-MÜNASİBƏT

“Bildiyimiz kimi, Ermənistanda “Müdafiə haqqında” Qanuna dəyişikliyin ictimai müzakirəyə açıqlanması nəzərdə tutulub. Burada əksini tapan əsas məsələlərdən biri də könüllü dəstələrin yaradılmasıdır. Ermənistan bunu müxtəlif səbəblərlə əlaqələndirməyə çalışır. Əslində, bu gün Ermənistan Respublikasının əhalisinin sayı sürətlə azalmaqdadır. Ermənistan əhalisinin bir hissəsi xarici ölkələrə köç edir. Bu gün Ermənistan ordusunda xeyli sayda muzdlu xidmət göstərən ayrı-ayrı ölkələrin vətəndaşları var ki, onlar bu prosesə cəlb olunublar və Ermənistan ordusu ilə birlikdə Azərbaycana qarşı vuruşurlar”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu könüllü dəstələrin yaradılması bir daha onu göstərir ki, Ermənistanın kifayət qədər ordusu və gücü yoxdur: “Məhz buna görə də, Ermənistanda hərbi sahədə ciddi problemlər yaşanır. Bu problemlərin qarşısını almaq üçün Ermənistan rəhbərliyi könüllü dəstələrin yaradılmasına çalışır. Yəni başqa sözlə desək, dünyada qəbul olunmuş standart qaydalar vardır ki, hər bir ölkənin hərbçilərindən ibarət ordusu olur, Müdafiə Nazirliyi olur və bir çox proseslər bu qurum vasitəsilə idarə olunur. Müharibə baş verdiyi halda, bu müharibədə hər bir ölkənin öz hərbçilərindən ibarət ordusu iştirak edir. Amma Ermənistanın bu cəhdi onu göstərir ki, Ermənistan ordusunun daxilində boşluqlar var və o boşluqları doldurmaq üçün başqa dövlətlərin hərbçilərindən ibarət könüllü dəstələr yaradılır. Ermənistan çalışır ki, bu könüllü dəstələr vasitəsilə müəyyən məqsədlərinə və hədəflərinə nail olsun.

Onlar Müdafiə Nazirliyinə, əsgərlərə və hərbi qurumlara alternativ könüllü dəstələr yaradaraq müəyyən məqsədlər üçün istifadə etməyə çalışırlar. Ümumiyyətlə, bu cür proseslərin idarə olunması peşəkar ordu tərəfindən həyata keçirilməlidir. Bu, bütün dünyada tətbiq olunur. Amma Ermənistanın bu addımı isə bir neçə aspektdən izah oluna bilər. Bu məqamlardan biri də ondan ibarətdir ki, Ermənistanın orduya cəlb ediləcək, müharibələrdə iştirak edəcək kifayət qədər ordusu və gücü yoxdur. Ona görə də artıq Ermənistan könüllü dəstələrin yaradılmasına üz tutur.

Bu, bir daha sübut edir ki, Ermənistanla Azərbaycan Respublikası arasında çox böyük bir fərq var. Hal-hazırda Azərbaycan ordusunda yüksək əhval-ruhiyyə var, Azərbaycan xalqı döyüşə tam hazırdır, xalqımız müharibə əzmindədir. Bu gün Azərbaycanın kifayət qədər ordusu və gücü var. Ermənistanla döyüşmək üçün gərəkli bütün addımları atmaq üçün Azərbaycanın geniş imkanları var. Amma Ermənistan barədə biz bunu deyə bilmirik. Çünki Ermənistanın gücü və potensialı heç də bu qədər deyil. Ermənistanın Azərbaycanla cəbhə bölgəsinə çıxara biləcəyi qüvvəsi az olduğu üçün muzdlu əsgərlərdən istifadə edir. Birinci səbəb, Ermənistanın kifayət qədər gücü və ordusunun olmamasıdır. İkinci səbəb isə baş verən ölümlərin qarşısını almaq və itki sayını Ermənistan xalqından gizlətmək üçün bu məsələdən məharətlə istifadə olunur. Əsas hədəf və məqsəd də budur ki, ictimaiyyətin fikrini bu hallardan istifadə etməklə ona yönləndirir ki, ictimaiyyət Ermənistan əsgərlərinin dünyasını dəyişməsi fikrindən uzaq tutulsun. Ermənistan bu fikrlərin qarşısını almaq üçün, zaman-zaman bu addımlardan məharətlə istifadə edir. Ermənistan çalışır ki, atdığı bu addımlar vasitəsilə dırnaqarası uğurlara nail olsun. Ermənistanın nə etməsindən asılı olmayaraq biz mütləq torpaqlarımızı azad edəcəyik, tezliklə doğma dədə-baba yurdumuza qayıdacağıq. O gün uzaqda deyil”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə