Əli Həsənov: “Gürcüstan və Azərbaycan prezidentləri iki dövlət arasında münasibətlərin pozulmasına razı ola bilməzlər” - EKSKLÜZİV

Əli Həsənov: “Gürcüstan və Azərbaycan prezidentləri iki dövlət arasında münasibətlərin pozulmasına razı ola bilməzlər” - EKSKLÜZİV
"Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Bu ölkə ilə bizim münasibətlərimiz çox mühüm əhəmiyyət kəsb edir". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov səsləndirib. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan prezidentləri iki dövlət arasında münasibətlərin pozulması, xarakter və formasının dəyişməsinə razı ola bilməzlər: "Bunların hamısı ayrı-ayrı qüvvələrin dövlətlər arasında münasibətləri korlamaq məqsədi ilə ortaya atdığı əsassız iddialardır". Qeyd edək ki, Gürcüstanın Leyboristlər partiyasıın baş katibi Soso Şatberaşvili keçirdiyi mətbuat konfransında Gürcüstan iqtidarı ilə Metyu Brayzın Azərbaycanda dövlət çevrilişi etmək istədiklərini bildirib. O, qeyd edib ki, bu barədə məlumat bir çox xarici KİV-lərdə yer alıb: "Nəzərinizə çatdırım ki, artıq bir çox xarici mətbu orqanlarında Gürcüstan prezidenti Saakaşvili başda olmaqla rəsmi Tiflisin Azərbaycanda rəngli inqilab etmək istəyi ilə bağlı xəbərlər yer alıb. Eyni zamanda Azərbaycanda rəngli inqilabın həyata keçirilməsində ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın da əli var. Belə ki, Metyu Brayza Gürcüstana son səfəri zamanı əsas bu məsələni müzakirə edib. Fikrimizcə, rəsmi Bakı bu istiqamətdə ciddi atmalıdır",- deyə o, bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə