Belarus hakimiyyəti Rusiya vətəndaşlarının ölkədən çıxması ilə bağlı göstəriş verib
Belarus hakimiyyəti Rusiya vətəndaşları Lyubov Zaxarovanın, Yekaterina Korostelyovanın və İrina Paykaçevanın Belarus ərazisini 24 saat ərzində tərk etmələri ilə bağlı göstəriş verib. SİA-nın Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, Belarusda İnsan hüquqları ilə bağlı vəziyyətə beynəlxalq nəzarət komitəsinin saytı xəbər verir ki, bir gün əvvəl Minsk şəhəri, Sovet rayonunun Rayon Daxili İşlər İdarəsinə gətirilən hüquq müdafiəçilərə ölkə ərazisinə gəlişi qadağan olunan yaxud arzu edilməyən şəxslərin siyahısına daxil edilməsi ilə əlaqədar 24 saat ərzində Respublika ərazisini tərk etmələri ilə bağlı yazılı göstəriş verilib.
Məlumatda deyilir ki, rusiyalı hüquq müdafiəçiləri Minskə bu günlərdə 19 dekabr 2010-cu il hadisələri ilə bağlı məhkəmə prosesinin müşahidə edilməsini və informasiya baxımından işıqlandırılmasını həyata keçirmək üçün gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB