“Azərbaycanın növbəti addımları oktyabr-noyabr aylarında görünəcək” Ter-Tadevosyan

“Azərbaycanın növbəti addımları oktyabr-noyabr aylarında görünəcək” Ter-Tadevosyan

Ermənilərin “Komandos” adlandırdıqları general-mayoru Arkadi Ter-Tadevosyan lokal müharibə proqnozlarını verərkən, bir sıra məqamlara toxunaraq, bunun mümkünlüyünü istisna etməyib. SİA 1in.am-a istinadən xəbər verir ki, adıçəkilən sayta verdiyi müsahibəsi zamanı erməni general-mayorunun dediyinə görə, müharibə ehtimalının olması Rusiyanın özünü hansı mövqedə saxlamasından da asılı ola bilər.

“Bu pisdir ki, biz çətin vəziyyətdən çıxmağa çalışarkən, öz səhvlərimizi başqalarının üzərinə atmağa çalışırıq”, deyən Ter-Tadevosyan rusların Ermənistanın hazırkı rəhbərliyi tərəfindən hədəfə alınmasını doğru hesab etmədiyini də bildirib: “Ruslar kömək etmədilər, lazım olanları vermədilər, ya da başqa hansısa dediyimizi eləmədilər və s. kimi məsələlərdə biz səhvlərə yol veririk, həm də susuruq”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə