"Dövlətimizin tətbiq etdiyi bütün qayda-qanunlara ehtiramla yanaşmalıyıq” ÖZƏL-MÜNASİBƏT
“Hər il ölkəmizdə müqəddəs bayramlar, eyni zamanda Məhərrəm ayı dinimizin qaydalarına uyğun şəkildə qeyd edilir. Bu, insanlarımızın dini-mənəvi dəyərlərə sadiqliyindən, inanclarımıza bağlılığından irəli gəlir. Lakin artıq hər kəsə məlumdur ki, hal-hazırda dünyanı bürüyən virus bütün sahələrdə problemlər yaratdığı kimi, dini mərasimlərin də keçirilməsinə müəyyən məhdudiyyətlər gətirmişdir”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, insanların kütləvi məkanlarda toplaşması virusun yayılmasına və yoluxmanın sürətlənməsinə səbəb olur: “Bu cür məkanlarda əhalinin sağlamlığı üçün ciddi təhlükə var. Əhaliyə müraciət edərək, Operativ Qərargahın tövsiyələrinə ciddi şəkildə riayət etməyə çağırıram. Yoluxma sayını minimuma endirmək bizim əlimizdədir. Bununla mübarizə təkcə dövlətin işi deyil, burada hər bir vətəndaşımızın üzərinə məsuliyyət düşür. Pandemiya dövründə dövlətimiz tərəfindən görülən bütün tədbirlər, atılan bütün addımlar insan sağlamlığını qorumaq üçündür. Tanrının yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunmasına yönəlik bütün qayda-qanunlara riayət etmək hər birimizin borcudur. Bununla biz həm də dini inanclarımızdan irəli gələn qaydalara da əməl etmiş oluruq.
Hesab edirəm ki, hal-hazırkı vəziyyətdə insanlar öz dualarını, ibadətlərini evlərində rahat şəkildə keçirə bilərlər. Dinimizdə də sağlamlıq vacib əhəmiyyət daşıyır. Peyğəmbərimizin buyurduğu kimi, bir yerdə yoluxucu xəstəlik (vəba, taun və s.) varsa və siz oradasınızsa, oranı tərk etməyin. Bu baxımdan, biz dövlətimizin tətbiq etdiyi bütün qayda-qanunlara riayət etməli, ehtiramla yanaşmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB