“Ermənistanın təxribatçı olduğu bir daha təsdiqləndi” ÖZƏL-MÜNASİBƏT
“İşğalçı Ermənistandan obyektivlik gözləmək nə qədər doğrudur? Ümumiyyətlə, Ermənistan kimi terrorçuluq, separatçılıq yolu seçən, təxribatlarla gündəmə gələn, daim yalan, təhrif olunmuş informasiyalar yayan bir dövlətdən əlbəttə ki, obyektivlik gözləməyə dəyməz”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədrinin sözlərinə görə, ordumuz tərəfindən təxribatçı erməni hərbiçilərinin əsir alınması birmənalı olaraq, erməni təxribatından, ermənilərin məkirli siyasi ambisiyalarından xəbər verir və Ermənistanın təxribatçı olduğunu bir daha təsdiqləyir.
“Sizcə Ermənistan illərdir Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanma şəraitini və onlara verilən işgəncələrin müəllifi olaraq, erməni ombudsman A.Tatoyan “Əsirlərimiz Azərbaycanda yaxşı şəraitdə saxlanılır” deyərmi? Belə bir insanlıq jestini bir ermənidən gözləmək sadəlövhlük olardı. Ona görə də, rəsmi İrəvanın Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi ilə bağlı biz öz millət vəkillərimizin daha aktiv şəkildə danışmalarını gözləməliyik. Obyektiv olan budur. Ermənilər obyektiv yanaşma təfəkkürünə sahib olsaydı, məkirli işğalçılıq ambisiyalarından əl çəkərlərdi.
Digər tərəfdən qeyd etmək gərəkir ki, Azərbaycan Ermənistandan fərqli olaraq, münaqişənin tezliklə həllində ən maraqlı olan tərəfdir. Xarici işlər nazirlərinin hələ 2019-cu ilin may ayında Moskvada keçirilmiş son görüşündə qəbul olunmuş bəyanatda da məhz münaqişənin həlli kontekstində müəyyən humanitar tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Hətta bir neçə dəfə Rusiya xarici işlər naziri Sergey Lavrov da münaqişə zamanı, o cümlədən Dağlıq Qarabağ münaqişəsində əsir və girov düşmüş şəxslərin "hamının hamıya" prinsipi ilə dəyişdirilməsinin tərəfdarı olduqlarını bildirmişdi. Amma rəsmi İrəvan münaqişənin həlli istiqamətində bütün artıq qeyri konstruktiv yanaşma nümayiş etdirdikləri üçün belə bir razılığın əldə olunmasını Ermənistandan gözləmək inandırıcı görünməsə də, Azərbaycan tərəfinin girovların azad edilməsi istiqamətində əllərindən gələni etdiklərindən şübhə yox”, deyə Əsli Kazımova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə