"Qazprom Ermənistan" şirkəti başlatdığı ixtisarlar səbəbindən işdən çıxarılan nəzarətçilər arasında narazılıq yaranıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən armtimes.com informasiya yayıb.
İnformasiyaya görə, bundan sonra da 2 ayda 20 müfəttişin işdən çıxarılması qərara alınıb və daha 10 nəfərin ixtisarı da hələ müzakirə olunur. "Qazprom Ermənistan"-ın mətbuatla əlaqələr şöbəsi qəzetə bildirib ki, ümumilikdə şirkət tədricən 1000 işçisini ixtisar edəcək. Bildilib ki, qanuni əsasların hazırlanması prosesinin ilin sonunadək başa çatdırılması gözlənilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB