“Hər kəs qanunun aliliyini, onun müqəddəsliyini qorumalıdır” ÖZƏL-MÜNASİBƏT

“Hər kəs qanunun aliliyini, onun müqəddəsliyini qorumalıdır” ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan demokratik hüquqi dövlətdir və belə bir dövlətdə hər bir kəs qanunun aliliyini, onun müqəddəsliyini qorumalıdır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, qanun, vəzifəsindən asılı olmayaraq hər bir kəs üçün yüksəkdir.
“Karantin dövründə keçmiş deputat İlham Əliyevin belə dəbdəbəli toy təşkil etməsi və bu toya bir çox tanınmış şəxsləri dəvət etməsi heç cür yolverilməzdir və bu, qanunların pozulmasıdır. Çünki Cənab Prezidentimiz dəfələrlə xatırladıb, dəfələrlə deyib ki, insanlığın sağlamlığı, onların qorunması mənim üçün birinci dərəcəli vəzifədir və bu vəzifəni yerinə yetirməsi üçün Cənab Prezident bütün varlığı ilə çalışır.
Vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva dəfələrlə bir ana kimi, bir Azərbaycan qadını kimi insanlara müraciət edib ki, bu bəladan özünüzü qoruyun.
Toplaşmaq olmaz, toy mərasimləri keçirmək olmaz. Bunlar insanların sağlamlığı üçün çox zərərlidir, ciddi fəsadlar törədə bilər. Ancaq çox təəssüflər olsun ki, bu gün belə hadisələr baş verir. Əgər bunu hardasa, sıravi vətəndaş qanunlardan başı çıxmayan bir insan etsəydi, bu qədər geniş rezonans doğurmazdı. Ancaq bunun, ölkədə tanınan, ictimaiyyətə yaxşı tanış olan insanlar tərəfindən törədilməsi, belə toy mərasiminin təşkil olunması həm təəssüf doğurur, həm də qanunlarımıza ziddir.
Elə bilirəm ki, bu insanlar qanun qarşısında cavab verməlidirlər. Bu insanlar öz günahlarını, öz səhvlərini etiraf etməlidirlər. Bu insanlar xalqdan üzr istəməlidirlər. Belə ki, Azərbaycan xalqı bu gün karantin şəraitində bütün məhrumiyyətlərə dözərək, öz sağlamlıqlarını təmin etmək istəyir, öz sağlamlıqlarının qeydinə qalır. Ona görə də bu hal məndə çox ciddi təəssüf doğurur. Elə bilirəm ki, bu, bir çox insanlar üçün ibrət dərsi olacaq və bu toyun nəticələrindən ibrət götürəcəklər. Çünki belə hallara yol vermək olmaz. Belə hallara yol verilməsi bizim qanunvericiliyimizə, qanunlarımıza etinasızlıqdır, insanlara hörmətsizlikdir, xəstəliyin daha geniş yayılmasına bir əsasdır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə