“Qərb Ermənistana münasibətini "mənfi istiqamətdə" dəyişdirir” “Past” qəzeti yazır
Məlumdur ki, güclü Qərb dövlətləri, xüsusən də ABŞ, baş nazir Nikol Paşinyanla artıq narazılıqlar fonunda, həm də erməni baş nazirini amerikan siyasətini davam etdirə biləcək güclü lider olaraq görmədiyinə görə, Ermənistana münasibətini ciddi şəkildə mənfi istiqamətdə dəyişib. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır.
Qəzetin yazdığına görə, xüsusilə, diplomatik kanallar vasitəsilə Ermənistandakı daxili siyasi hadisələrə "birbaşa təsir edəcək" konkret addımlar atılır. Nəşr öz mənbələrinə istinadən iddia edir ki, son müzakirə zamanı prosesin başlanması üçün açıq çağırışlar da olub. Bu barədə qəzetə müsahibə verən erməni politoloqlar hakimiyyət və "Sorosla əlaqəli dairələr" arasında dərinləşən ziddiyyətlərin bu məntiqin altına düşə biləcəyini istisna etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB