Gənc cəbhəçi Əli Kərimlinin maskasını yırtdı

Gənc cəbhəçi Əli Kərimlinin maskasını yırtdı

Fuad Əhmədli: “Bir dəfə də olsun adamı polis idarəsinə çağırmasınlar, bir dəfə olsun adama sutkalıq verməsinlər, bir dəfə olsun adama cinayət işi açılmasın”

Bugünlərdə həbsdən çıxmış AXCP fəalı Fuad Əhmədli hazırkı dövrə qədər onlarla cəbhəçilərdən biridir ki, məhz Əli Kərimlinin güdazına gedərək qanunları pozub. Əbəs deyil ki, hazırkı dövrə qədər bir çox həyatları zəhərlənmiş, təhsilləri, sosial-ictimai həyatları məhv olmuş gənclər Ə.Kərimlini özünə “büt” seçərək, onun əmrləri ilə oturub-durublar, nəticədə də gələcəkləri alt-üst olub.

Lakin o da sirr deyil ki, AXCP sədrinin təsiri altına düşən gənclərin bir çoxu sonradan nə qədər böyük səhvə yol verdiklərinin fərqinə vararaq, ziyanın yarısından geri çəkiliblər. Görünür, həbsdən çıxan və barəsində bəhs etdiyimiz F.Əhmədli də yaxın günlərdə normal, sivil həyata dönmək üçün çabalar göstərmək, sağlam düşüncəli fəaliyyətə üstünlük vermək niyyətində olduğunu gizlətmir. Çünki daha bir fakt budur ki, AXCP sədri yalnız rola girərək bir neçə həbs olunmuş cəbhəçilərin evlərinə gedərək şəkillər çəkdirir, başından eləmək üçün 100-200 manat “yardım” göstərir, bundan sonra isə bəllidir.

Həmin cəbhəçilər bir tullantı kimi kənara atılır, AXCP sədri isə onların adları altında siyasi manipulyasiyalarını davam etdirir, “siyasi məhbus”, “vicdan məhbusu” kimi sərsəm fikirləri ilə maddi vəziyyətini yaxşılaşdırmaqla məşğul olur.

“Nöşün girinc olmuşuq” dedikdə isə necə deyərlər, gülləni gözündən vurub

Beləliklə, məsələnin məğzindən kənarlaşmayaraq qayıdaq əsas mətləbə. Məsələ ondadır ki, F.Əhmədli həbsdən çıxar-çıxmaz başda Əli Kərimli olmaqla, AXCP-nin siyasi arenadakı məqsədini açıq-aşkar ifşa etdi. Belə ki, o müsahibə verərkən açıq şəkildə etiraf edib ki, ölkəmizdə heç kim siyasi fəaliyyətinə, sosial şəbəkələrdə yazdığı siyasi fikirlərə görə həbs edilmir: “Təsəvvür edin ki, 7 il partiya sıralarında fəaliyyət göstər, mübarizə apar, radio, köşə yazarlığı sahəsində fəaliyyət göstər, sosial şəbəkələrdə, “facebook”da ictimai-siyasi fəaliyyətlə məşğul ol, özü də aktiv şəkildə bir dəfə də olsun adamı polis idarəsinə çağırmasınlar, bir dəfə olsun adama sutkalıq verməsinlər, bir dəfə olsun adama cinayət işi açılmasın”.

Görüdnüyü kimi, gənc F.Əhmədli birbaşa Ə.Kərimlinin kirli məqsədlərini ifşa edib, üstəlik ölkəmizdə heç kimin siyasi fəaliyyətinə görə, sosial şəbəkələrdəki statuslarına görə həbs edilmədiyini açıqlayıb.

Digər tərəfdən, Fuad Əhmədli “Salyanlılar demişkən, nöşün girinc olmuşuq” dedikdə isə necə deyərlər, gülləni gözündən vurub. O, bu vasitə ilə demək istəyib ki, ümumiyyətlə, cəbhəçi gənclər Ə.Kərimlinin təsiri altına düşməklə yanaşı, necə deyərlər, küyə gedirlər və nəticədə həbs olunurlar. Bax, reallıq da budur ki, F.Əhmədli həmin ifadələri ilə, yəni ikicə cümləsi ilə AXCP-ni və rəhbərliyini ifşa edib, maskasını yırtıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə