“Əli Kərimli 5 manata dostlarını satmaqdan çəkinməz” RƏY-ÖZƏL

Təhmasib Novruzov: “Əli Kərimli pula hərisdir”

Xaricidə ki, “söyüş müxalifəti” öz təxribatlarını, şər və böhtanlarını daha geniş formada davam etdirirlər. AXCP sədri Əli Kərimlidə, “Milli Şura”nın rəhbəri və digərləri də həmin “söyüş müxalifəti” ilə maraqları üst-üstə düşən dezinformasiyalar yayırlar. Bu da bir daha təsdiq edir ki, xaricidəki və daxildəki məkrli qüvvələr eyni mərkəzdən idarə olunurlar. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, dünən, bu gün deyil, tarixən Azərbaycan hər zaman böyük güclərin maraq dairəsində olub: “Həm bu torpaqların münbitliyi, bərəkətli olması, həm də geosiyası baxımdan əlverişli məkanda yerləşməsi həmişə Azərbaycana dünya güclərində maraq yaradıb ki, bunun da əziyyətini bu yerlərin qədim sakinləri olan ulularımız çəkib. Quruluşlar, siyasi formasiyalar, düşüncələr dəyişsə də, dünyanın regiona olan maraqlarında dəyişiklik yoxdu. Üstəgəl son yüz əlli ildə Azərbaycanda zəngin karbohidrogen yataqlarının uzə çıxması bu maraqğı birə beş artırıb. Yəni dünyanın böyük gücləri hər zaman bu torpaqlara gözlərini bərəldiblər və nə yazıqlar ki, həmişə istəklərinə çatmaq üçün içimizdən zəif iradəli ünsürləri tapıblar, onlardan öz məqsədləri üçün yararlanıblar. Dünya dəyişsə də bu siyasət dəyişmir və bu gün həmin ünsürlərin davamçıları məhz Əli Kərimli, Cəmil Həsənli kimi dövlətinin, millətinin maraqlarını əcnəbilərə satanlardı”.

T.Novruzov bildirdi ki, Əli Kərimli və Cəmil Həsənli bəzi bisavad, dunyada gedən proseslərdən baş çıxarmayan insanları ələ alıb erməni və ermənipərəst qüvvələrin niyyətlərinin reallaşmasına xidmət edirlər: “Ə.Kərimli pula hərisdir. O 5 manata dostlarını satmaqdan çəkinməz. Qaldı bunların eyni mərkəzdən idarə olunmaları məsələsinə, buna hec bir şübhə yoxdur. Çünki Azərbaycana qarşı təxribat planları hər zaman mərkəzləşmış qaydada olub, əsasən ermənilərdən, zaman-zaman digər etnik qruplardan da istifadə edərək istəklərini həyata keçirməyə çalışıblar. Sapı özümüzdən olan baltaların pula, dunya malına həris adamların tamahı isə belə qüvvələr üçün ələdüşmaz fürsətdir. Belələrini rahatca ələ alıb öz millətinə və dövlətinə qarşı istifadə edirlər. Belə düşünülmüş siyasət dağınıq ola bilməz, vahid mərkəzdən idarə olunmazsa nəticəni də istədikləri kimi ala bilmazlər. Bu baxımdan, bu tipli ünsürlərin bir mərkəzdən idarə olunduqları danılmazdır. Onların fəaliyyətlərini diqqətlə izləyən hər kəs bunu aydın görür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...